İQTİSADİYYAT
“İnvestor” Stimullaşdırıcı lotereyasının ikinci tirajının qalibləri müəyyənləşib
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 13-də “İnvestor” Stimullaşdırıcı lotereyasının ikinci tirajı keçirilib.
Bakı Fond Birjasından AZƏRTAC-a bildirilib ki, ikinci tirajda mayın 9-dan iyulun 8-dək müvafiq şərtləri ödəyən lotereya biletləri oynanılıb. Həmin lotereya biletlərinin içərisindən üç şanslı investor seçilib və hər biri 1000 AZN qazanıb.
Qeyd edək ki, “İnvestor” Stimullaşdırıcı lotereyası ümumilikdə 4 tirajdan ibarətdir və investisiya şirkətləri vasitəsilə Bakı Fond Birjasından korporativ istiqraz alan, 18 yaşı tamam olmuş şəxslərə 1000 AZN qazanmaq şansı təqdim edir. Lotereya martın 9-u və noyabrın 15-i aralıqlarında 4 tirajda keçiriləcək. İlk tiraj bu il mayın 10-da baş tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]