İNZİBATİ XƏTA FAKTI ÜZRƏ 413 ŞƏXS MƏSULİYYƏTƏ CƏLB OLUNMUŞDUR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə 2004-cü ildə aşkar edilmiş 2429 inzibati xəta faktı üzrə 413 hüquqi (o cümlədən 102 xarici şəxs) və 2033 fiziki şəxs (665 əcnəbi) inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Onlara qarşı gömrük orqanları və məhkəmələr tərəfindən 1 milyard 769 milyon manatdan çox cərimə kəsilmiş, 1 milyard 89 milyon manat dəyərində mallar və başqa əşyalar müsadirə olunaraq götürülmüşdür.