İordaniyalı tələbələr ADAU-da təhsil almağa maraq göstərirlər
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) beynəlxalq əlaqələrinin genişlənməsi özünü əcnəbi tələbələrin coğrafiyasında göstərməkdədir.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Baider Al Talla ilə keçirilən onlayn görüşdə adıçəkilən ölkənin tələbələrinin ADAU-da təhsil imkanları müzakirə olunub.
Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini, təhsil sektorunun müdiri Emin Əliyev, ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov və digər əməkdaşlar iştirak ediblər.
Görüşdə, həmçinin ADAU ilə İordaniya Haşimilər Krallığının müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələrinin yaradılması məsələləri də müzakirə olunub.