İPTA Şamaxıda ictimai elmlərin problemlərini müzakirə etmişdir
Bakı, 8 may (AZƏRTAC). İctimai Problemlərin Tədqiqi Assosiasiyası (İPTA) Şirvan və Xaçmaz şəhərlərindən sonra növbəti tədbirini Şamaxıda keçirmişdir.
İPTA-dan AZƏRTAC-a bildirmişlər ki, tədbir “İctimai elmlərin tədqiqi və tədrisi sahəsindəki problemlərin araşdırılması və həllinə kömək məqsədilə tövsiyələrin hazırlanması” layihəsi çərçivəsində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşmışdır.
Tədbirdə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının, Şamaxı Humanitar kollecinin müəllim və tələbələri, rayon təhsil şöbəsinin məsul işçiləri, orta məktəblərin ictimai fənn müəllimləri, QHT və KİV nümayəndələri iştirak etmişlər.
İPTA-nın sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı məruzə ilə çıxış edərək ictimai elmlərin tədqiqi və tədrisi sahəsində mövcud problemlərlə seminar iştirakçılarını tanış etmişdir.
Assosiasiyanın üzü, Ankara Universitetinin ictimai elmlər fakültəsinin magistraturasının məzunu Anar Şirinov Türkiyədə ictimai elmlərin tədrisi və tədqiqinin vəziyyəti barədə məlumat vermişdir.
Tədbirdə, həmçinin Şamaxı rayonunun müəllimləri ali və orta məktəb dərslikləri ilə bağlı fikirlərini bildirmişlər.
Sonda iştirakçıların sualları cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]