İQTİSAD UNİVERSİTETİNİN KOLLEKTİVİ PREZİDENT SƏRƏNCAMLARINI MİNNƏTDARLIQLA QARŞILAMIŞLAR
Azərbaycan Prezidenti İlham Əliyevin alimlik dərəcələrinə görə vəzifə maaşlarına əlavələr, habelə aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə litseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında sərəncamları ilə əlaqədar aprelin 21-də Azərbaycan Dövlət İqtisad Universitetində müəllim və tələbələrin toplantısı keçirilmişdir AZƏRTAC-ın müxbiri xəbər verir ki, universitetin rektor əvəzi professor Telman Hüseynov çıxış edərək, Prezident Sərəncamlarını elmə, təhsilə diqqətin nümunəsi kimi dəyərləndirmiş, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan elminin, təhsilinin inkişafına göstərdiyi qayğının bu gün də davam etdirildiyini vurğulamışdır.
Çıxış edən müəllim və tələbələr dövlətimizin başçısının qərarını razılıqla qarşıladıqlarını söyləmiş, buna əməli işlə cavab verəcəklərini bildirmişlər.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]