İrakli Qaribaşvili: Bəzi qüvvələrin Gürcüstanı müharibəyə cəlb etmək cəhdləri davam edir
Tbilisi, 11 fevral, AZƏRTAC
Hər bir müharibə böyük itkilərə, dağıntılara səbəb olur. Biz bunu son olaraq Ukrayna-Rusiya müharibəsində görürük. Eləcə də digər münaqişələrin ölkələrə vurduğu ziyanların şahidiyik. Ona görə də biz milli maraqlarımızı hər şeydən üstün tutaraq, Gürcüstanı müharibələrdən uzaq tuturuq. Gürcüstan regionda və dünyada sülhün tərəfdarıdır və belə də olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında söyləyib.
“Bütün dünyada tənəzzül, qeyri-müəyyənlik, gözlənilməzlik hökm sürdüyü halda, biz ölkəmizi ən böyük sınaqdan - müharibədən yayındıra bildik”, - deyə Qaribaşvili vurğulayıb.
Onun sözlərinə görə, hökumətin gördüyü işlər nəticəsində 2022-ci ildə Gürcüstanda 10,1 faiz iqtisadi artım olub. Lakin, Gürcüstanın inkişafını istəməyən qüvvələr var. Həmin qüvvələrin yenə də Gürcüstanı müharibəyə cəlb etmək, münaqişəni hansısa yolla ölkəmizə köçürmək cəhdi dayanmır.
Gürcüstan hökuməti isə milli maraqlara ziddi olan heç bir addımı atmayacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:40]
Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb
- 09.06.2026 [14:31]
Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb
- 09.06.2026 [14:29]
Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]