Azərbaycan Dövlət İnformasiya Agentliyi

İran ərazisindən keçən yeni dəhliz və Ermənistanın puç olmuş ümidləri

Bakı, 12 mart, AZƏRTAC

Dünən günün ikinci yarısında baş vermiş bir hadisə ötən il dekabrın ortalarında Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərindən keçən üç ay ərzində həqiqətən sensasiya sayıla bilər. Azərbaycan Baş nazirinin müavini, ölkəmizin Nazirlər Kabinetinin yol hərəkətinin təhlükəsizliyi üzrə komissiyasının sədri Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası (İİR) arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfdən həmsədri Rüstəm Qasimi iki dövlətin hökumətləri arasında İİR ərazisində Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunu və dövlətimizin digər tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni nəqliyyat arteriyası yaradılması haqqında Qarşılıqlı Anlaşma Memorandumunu (QAM) Bakıda öz imzaları ilə təsdiqləyiblər.

Qonşu dövlətin ərazisində Ermənistan-İran sərhədindən təqribən 5 kilometr cənubda yeni dəhliz açılacaq. Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən dəmiryol sahəsindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq yeni dəhliz faktiki olaraq 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində nəzərdə tutulan “Zəngəzur dəhlizi”nin təkrarı olacaq. Sözügedən dəhliz Araz sərhəd çayının şimal sahili boyunca tarixi anlaşılmazlıq nəticəsində Ermənistan Respublikasının tərkibinə daxil olan Mehriyə qədər çəkilməli idi.

Bu məqsədlə yeni dəhlizin uc tərəflərinin hərəsində bir dəmiryol körpüsü və bir avtomobil-piyada körpüsü olmaqla, ümumilikdə 4 körpü tikilməsi nəzərdə tutulur. Çox ehtimal ki, həmin körpülər Zəngilan və Ordubad rayonlarında Araz çayının üzərindən salınacaq.

Memoranduma əsasən, tərəflər öz ərazilərində sutka ərzində ixrac, idxal və tranzit xarakterli mallar daşıyan 500-ə yaxın oraya gələn və eyni sayda oradan gedən böyük yük avtomobillərinə xidmət etmək imkanı olan nəzarət-buraxılış məntəqələri tikməyi öhdəyə götürürlər.

Tərəflər bir ay ərzində iki ölkənin qanunvericiliyinə müvafiq hüquqi sənədləri hazırlayacaqlar. Bu halda Zəngilan körpüsünün tikintisi və dəhlizin şərq ucunda enerji ötürmə və rabitə xətləri çəkilməsi ilə bağlı bütün xərcləri Azərbaycan tərəfi öz üzərinə götürür, yeni kommunikasiya arteriyasının Ordubad, yəni qərb hissəsində isə analoji işləri iranlı həmkarlar icra edəcəklər. Tərəflər həmin körpülərin tamamilə funksional olmasını təmin etmək üçün avtomobil körpüləri tikilənə qədər mövcud şose yollarını bərpa edəcək, modernləşdirəcək, belə yollar olmayan hissələrdə isə avtomobil şose yollarını sıfırdan başlayaraq tikəcəklər. Növbəti altı ay ərzində iki dövlət avtomobil yoluna paralel olaraq dəmiryol çəkilməsi üzrə layihələr, təkliflər və texniki sənədlər hazırlayacaq.

Xüsusi qeyd etmək lazımdır ki, yeni dəhlizin məqsədi Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə sadəcə əlaqələndirmək deyil. Bu dəhliz həm də daha geniş mənada Şərq ilə Qərbi, Avropa ilə Asiyanı birləşdirən ümumregional nəqliyyat-logistika strukturunun tərkib hissəsi olacaq. Bu baxımdan, adı hələlik müəyyən edilməmiş yeni dəhliz regionun bütün nəqliyyat arxitekturasını tamamilə dəyişəcək.

Bu məqamda qonşu Ermənistan, necə deyərlər, ağlını başına yığmalı, “dəhliz” sözü ilə bağlı özünün bütün şıltaqlıqlardan və terminoloji spekulyasiyalardan əl çəkməlidir. Siz tranzit hesabına gömrük rüsumları yığmaq istəyirdiniz? İndi həmin pulları bizim cənub qonşumuz qazanacaq. Laçın rayonunun girəcəyində isə bizim vəd etdiyimiz, Ermənistanın öz ərazisində qurmaq barədə hədə-qorxu gəldiyi postlara oxşar pasport-gömrük postları qoyulacaq. Axı Prezident İlham Əliyev Brüsseldə NATO-nun qərargahında keçirilən brifinqdə “Azadlıq radiosu” müxbirinin suallarına cavab verərkən məhz bu barədə xəbərdarlıq etmişdi. İndi Ermənistan “sınıq təknə”nin yanında qalacaq - həm tranzitdən alınan mənfəət İrana çatacaq, həm də Qarabağa sərbəst, gömrüksüz giriş hüququ itiriləcək. Halbuki, əgər Ermənistan bu ilyarım ərzində saysız-hesabsız şıltaqlıqlar əvəzinə azacıq da olsa sağlam və praqmatik təfəkkür nümayiş etdirsəydi, xüsusən özünün iqtisadi baxımdan dilənçi vəziyyətinə düşməsi və təcrid olunması fonunda çox böyük iqtisadi səmərə əldə edə bilərdi.

Azərbaycan bu işin özünə aid hissəsini reallaşdırmaq üçün bütün addımları atıb, Ermənistan isə yalnız iddialar və şıltaqlıqlar nümayiş etdirib. Ermənistan elə düşünürdü ki, Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında rabitədə inhisarçılıq hüququ ona məxsusdur. Bakıda bu yanaşmanın yanlış olduğunu erməni tərəfinə izah etməyə dəfələrlə cəhd göstərilib, hətta bəzən açıq-aydın bildirilib ki, İran alternativi mövcuddur və şantajın perspektivi yoxdur. Amma İrəvanda bunu “blef” kimi qəbul edirdilər, onlara elə gəlirdi ki, Azərbaycanın alternativ variantı yoxdur.

Dünən imzalanmış, mahiyyət etibarilə müddətsiz olan Azərbaycan-İran memorandumu hər şeyi yerbəyer edir və erməni “inhisarçılar” üçün sanki soyuq duş təsiri bağışlayır. Azərbaycan əvvəllər dəfələrlə olduğu kimi, bu dəfə də xoş məram nümayiş etdirib və Ermənistanın iqtisadi təcrid vəziyyətindən çıxması və böyük səmərə əldə etməsi üçün ona şans yaradıb. İrəvanda isə, bu nəcib jesti layiqincə qiymətləndirmək əvəzinə bu qənaətə gəliblər ki, guya onlar Bakını şantaj etməyə, Naxçıvan ilə əlaqə məsələsini özlərinin nəzarəti altında saxlamağa qabildirlər. Lakin artıq neçənci dəfədir ki, Ermənistan belə yanlış gümanlar ucbatından “sınıq təknə”nin yanında qalır. O, maksimum mənfəət arxasınca qaçaraq minimumu da itirib. Belə yerdə, necə deyərlər, bu oyunun xərci borcunu ödəyəcəkmi?

44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi Azərbaycan dövlətinin qarşısında böyük imkanlar yaradıb. Həmin Qələbə nəticəsində yaranmış imkanlardan biri də Arazdan 5 kilometr cənubda Zəngilan-Ordubad dəhlizidir. Azərbaycan Ermənistana düşmənçilikdən əl çəkməyi, əməkdaşlıq və sülh yoluna keçməyi təklif edib. Ermənistan isə coğrafi şantaj yolunu seçməyi qərara alıb. Bu qərarın Ermənistan üçün nəyə gətirib çıxarması martın 11-də imzalanmış Memorandumdan aşkar görünür. İndi qoy ermənilər Mehri yüksəkliklərindən binokl ilə baxaraq milyonların başqa bir ölkənin xəzinəsinə necə axmasını müşahidə etsinlər.

Burada onu da qeyd etmək lazımdır ki, indi Azərbaycanın bu ölkə qarşısında heç bir öhdəliyi yoxdur, çünki Ermənistan kapitulyasiya şərtlərinə görə öz üzərinə götürdüyü öhdəliklərin bir hissəsinə riayət etməyib. Ona görə də, ey qonşular, Zəngəzur dəhlizini istəmirsinizsə, heç lazım da deyil. Ümumiyyətlə, heç nə tikməyə bilərsiniz. Qarşılıqlı mənfəət istəmədiniz, - indi Laçından keçməklə Qarabağa sərbəst getmək imkanını da itirəcəksiniz. Bizim xəbərdarlıqlara həmişə qulaq asmaq və onlara ciddi yanaşmaq lazımdır. Zəngəzur sahəsi üzərində tam suverenlik istəyirdiniz? Onda biz də Laçın rayonunda bütün yollar üzərində tam suverenliyin bərpa edilməsinin əleyhinə deyilik.

Onu da qeyd etmək lazımdır ki, sanballı investisiyalar sayəsində Azərbaycan lap yaxın vaxtlarda “yaşıl” elektrik enerjisi istehsalçısına çevriləcək. Yeni dəhliz boyunca, daha sonra Naxçıvan ərazisi ilə yeni güclü elektrik ötürmə xətləri vasitəsilə məhsullar Türkiyəyə ixrac ediləcək, muxtar respublikanın sakinlərinin elektrik enerjisi ilə təchizatı məsələsi tam həll ediləcək.

Dünən imzalanmış Memorandum Azərbaycan ilə İran arasında əvvəldən də mövcud olan dostluq münasibətlərini daha da möhkəmləndirəcək. Ermənistanda çox istərdilər ki, bu iki qonşu arasında münaqişə yaransın! Onlar böyük həvəslə gözləyirdilər ki, bu yaxınlarda keçirilmiş hərbi təlimlər daha böyük miqyas alsın, bu fürsətdən istifadə edib özləri də revanş niyyətlərini həyata keçirsinlər. Hə, nə oldu, qonşular, yenə ümidiniz puç oldu? Maraqlıdır ki, sözügedən tarixi Memorandum iki dövlət arasında diplomatik münasibətlər yaradılmasının 30 illik yubileyi ərəfəsində imzalanıb.

Azərbaycan ilə İran arasında yeni dəhlizin açılması barədə əldə edilmiş sazişi cəsarətlə bizim dövlətimizin iri diplomatik qələbəsi adlandırmaq olar. Qarşıda bizi yeni zəfərlər gözləyir. Bunu dərk etmək qürur doğurur ki, öz müstəqilliyini cəmi 30 il bundan əvvəl bərpa etmiş Azərbaycan çətin sınaqlardan keçərək bu gün 3+3 məkanına təsir göstərməyə, Cənubi Qafqazın yeni iqtisadi və siyasi arxitekturasını yaratmağa qabil olan regional liderə çevrilib. Deməli, biz düz yoldayıq!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb