Azərbaycan Dövlət İnformasiya Agentliyi

İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİMİLLİ MƏCLİSDƏ ÇIXIŞ ETMİŞDİR

Ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Prezidenti avqustun 6-da Milli Məclisin deputatları ilə görüşmüşdür.

Azərbaycan parlamentinin deputatları ali qonağı hərarətli alqışlarla qarşıladılar.

Görüşü Milli Məclisin sədri Murtuz Ələsgərov açdı.

MİLLİ MƏCLİSİN SƏDRİ MURTUZ ƏLƏSGƏROVUN ÇIXIŞI

- Cənab seyid Məhəmməd Xatəmi!

Hörmətli Milli Məclis üzvləri!

Xanımlar və cənablar!

Bildiyiniz kimi, İran İslam Respublikasının Prezidenti zati–aliləri cənab seyid Məhəmməd Xatəmi avqust ayının 5-dən Azərbaycan Respublikasında rəsmi səfərdədir. Avqustun 5-də cənab Xatəmi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşüb, danışıqlar aparmışdır. Bu gün isə seyid Məhəmməd Xatəmi Milli Məclisin qonağıdır. İcazə verin, ali qonağı və onu müşayiət edən nümayəndə heyətini səmimi qəlbdən salamlayaq və onlara “Azərbaycana xoş gəlmisiniz!” deyək.

Seyid Məhəmməd Xatəmi qısa zaman kəsiyində çox mənalı həyat yolu keçmiş, böyük siyasi təcrübəyə, hərtərəfli biliyə malik olan görkəmli bir siyasətçidir. O, Qum şəhərində, İsfahan və Tehran universitetlərində təhsil almışdır. 1962-ci ildən siyasi fəaliyyətə başlamışdır. Məhəmməd Xatəmi İslam inqilabının lideri seyid Ruhullah Xomeyninin bəyannamələrinin, müxtəlif səpkili sənədlərin, islami hərəkatın xəbərlərinin və inqilabi ədəbiyyatın hazırlanıb yayılmasında iştirak etmiş, İsfahan Universiteti tələbələrinin iştirak etdiyi islami hərəkatın işində fəallıq göstərmişdir. 1978-ci ildə doktor Beheştinin təklifi ilə o, Almaniyanın Hamburq şəhərindəki İslam mərkəzinin təşkilində fəal iştirak etmiş və həmin təşkilatın rəhbəri olmuşdur. 1980-ci ildə seyid Məhəmməd Xatəmi Ərdəkan və Meybod seçki dairəsindən İslam Şurası Məclisinə nümayəndə seçilmiş, 1982-89-cu illərdə Baş nazir Mir Hüseyn Musəvinin və Prezident Haşimi Rəfsəncaninin rəhbərlik etdiyi hökumətlərdə mədəniyyət naziri, İran-İraq müharibəsi zamanı İran Silahlı Qüvvələri Baş qərargah rəisinin mədəniyyət işləri üzrə müavini, təbliğat qərargahının rəisi vəzifələrində çalışmışdır.

1996-cı ildə İslam inqilabının ali rəhbəri seyid Əli Xamneyinin fərmanı ilə İnqilabi Ali Mədəniyyət Şurasının daimi üzvü vəzifəsinə təyin olunmuşdur. Cənab Xatəmi 1997-ci və 2001-ci illərdə keçirlən prezident seçkilərində inamlı qələbə qazanaraq, İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilmişdir.

Hörmətli xanımlar və cənablar!

Bildiyiniz kimi, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra İran İslam Respublikası Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. 1992-ci il martın 12-də isə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik əlaqələr yaranmışdır. Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı İran İslam Respublikası BMT-də, İslam Konfransı Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq qurumlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş və dövlət sərhədlərinin toxunulmazlığı prinsipinə sadiq qaldığını daim bəyan etmişdir. Xüsusilə qeyd etmək istərdim ki, İslam Konfransı Təşkilatı çərçivəsində İran Ermənistanın Azərbaycana etdiyi təcavüzü və bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsini pisləyən, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan torpaqlarından tamamilə çıxarılmasını tələb edən sənədlərə öz dəstəyini vermişdir. Bu baxımdan Azərbaycan xalqı və rəhbərliyi İran İslam Respublikasının bu mövqeyini yüksək qiymətləndirir.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi və dərinləşdirilməsi işində dövlət başçılarının qarşılıqlı səfərləri və görüşlərinin əvəzsiz əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Hələ 1993-cü ilin oktyabr ayında İran İslam Respublikasının sabiq Prezidenti Haşimi Rəfsəncaninin Azərbaycana və sonrakı illərdə ümummilli liderimiz Heydər Əliyevin İrana rəsmi səfərləri zamanı imzalanmış onlarca sənəd ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə möhkəm təməlini qoymuşdur. Son illərdə də İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin dərinləşməsinə və əməkdaşlığın inkişafına dair bir sıra mühüm sənədlər imzalanmışdır. Bunların arasında ticarət, iqtisadiyyat, nəqliyyat, mədəniyyət və elm sahələrini əhatə edən sazişləri qeyd etmək lazımdır. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 2002-ci ilin may ayında İran İslam Respublikasına rəsmi səfəri Azərbaycan-İran münasibətlərinin inkişafında yeni dövrün başlanğıcını qoymuşdur. Ölkəmiz Prezident Heydər Əliyevin İran rəhbərliyi ilə keçirdiyi mühüm görüşləri xüsusilə yüksək qiymətləndirir.

Bu görüşlərdə iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri və əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsinin əsas istiqamətləri müəyyən olunmuşdur. Səfər zamanı “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında” müqavilə və 9 çox vacib dövlətlərarası sənəd imzalanmışdır. Xüsusilə qeyd etmək istərdim ki, İqtisadi Əməkdaşlıq Təşkilatının 2000-ci ilin iyulunda Tehranda və 2002-ci ilin oktyabrında İstanbulda keçirilmiş Zirvə toplantılarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə İran İslam Respublikasının Prezidenti seyid Məhəmməd Xatəmi arasında görüşlər olmuş, siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin perspektivləri müzakirə edilmişdir. 2003-cü ilin dekabrında Cenevrə şəhərində İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məhəmməd Xatəmi ilə görüşmüşdür. Görüş zamanı prezidentlər dost və qonşu ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı münasibətlərin yüksələn xətti üzrə inkişafından məmnun olduqlarını və bu münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulamışlar. Nəhayət, avqustun 5-də Azərbaycanla İran arasında dostluq münasibətlərinin inkişafına dair bir sıra mühüm sənədlər imzalanmışdır. Bunu iki dövlət arasında möhkəm əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirmək lazımdır.

İndi isə icazə verin, sözü İran İslam Respublikasının Prezidenti hörmətli cənab Məhəmməd Xatəmiyə verim. Buyurun, cənab Prezident.

İRAN PREZİDENTİ MƏHƏMMƏD XATƏMİNİN ÇIXIŞI

- Bismillahir-rəhmanir-rəhim!

Hörmətli cənab sədr Murtuz Ələsgərov!

Hörmətli millət vəkilləri!

Millət vəkilləri, xalqın nümayəndələri qarşısında çıxış etmək mənim üçün çox böyük xatirədir. Bu fürsəti özüm üçün çox ciddi nailiyyət hesab edirəm və bu imkanı mənə yaratdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Parlament bütün dünyada əsas qanunverici orqan və xalq nümayəndələrinin cəmləşdiyi bir toplantıdır. Bu qanunverici və seçkili orqan xalqın iradəsinə tabedir. Ölkənin idarə olunması üçün qanunlar qəbul etdiyinə görə güc-qüdrət orqanıdır. Bu iki xüsusiyyətin bir-birində birləşməsi parlamentin siyasi sistemdə və xalq hakimiyyətinin təmin olunmasında xüsusi rolunu artırır. Məclisin hakimiyyət orqanları içərisində ayrıca yeri onu göstərir ki, o, regional və beynəlxalq təşkilatlarda həmişə özünə xüsusi diqqət cəlb etsin. Azadlıq, ədalət, sülh, əxlaq və bəşəriyyətin inkişafı yolunda Məclis daim çalışmalıdır. İcazə verin, bu istiqamətdə bir neçə məsələyə toxunum.

Birincisi, bizə miras qalmış müştərək sivilizasiya, bizim müştərək mədəniyyətimiz və tariximizdir. Bu gün məsuliyyətimiz bizim üçün geniş imkanlar açır. Sivilizasiya qədimdən bu günə qədər özünə geniş imkanlar yaratmışdır. Biz gərək müasir dünyanın dialoqlarında sivilizasiyaya geniş yer verək.

Qarışıq olmayan sivilizasiyalar yalnız əfsanələrdə mövcuddur. Sivilizasiyalar daim dialoqdadır və həmişə də bir nəticəyə çatmaqdadırlar. Sivilizasiya əlaqələri elm, texnologiya və çalışmalar nəticəsində siyasi və mədəni istiqamətdə müasir dünyada özünə yeni yer tapmışdır. Müasir siyasi cərəyanlarda sivilizasiyalar dövlətlərin və millətlərin tarixinə müstəqillik kimi şamil olunurlar və eyni zamanda, dünyanın davam etməsi üçün sivilizasiyanın mühüm rolu vardır. Bu istiqamətdə sivilizasiyalar yalnız bir mətn deyildir, bu bir neçə mətnin cəmi və bir neçə səslərin müştərəkliyidir. Sivilizasiyalararası dialoq gələcək bir məna kimi ortadan çıxdıqda, sivilizasiyalardan uzaqlaşdıqda münaqişələr yaranır. Sivilizasiyalararası dialoq qarşılıqlı etiqad nəticəsində yaranır. Məzhəblər, dillər, nəsillər ümumiyyətlə, polikulturolizmə əsaslanır. Bu sivilizasiyanın bizim gündəlik həyatımıza bütün məsələlərdə yol tapması üçün biz dialoq və əlaqələri qarşılıqlı olaraq başa düşməliyik. Ziyalılar, partiyalar və mədəni orqanlar dövlət və hökumətlərin yanında özlərini və digər sivilizasiyaları dəqiq başa düşməlidirlər. Əqidələrin birliyinə, vəhdətinə çatmaq üçün mütəqabillik vacibdir. Qarşılıqlı anlaşma və mütəqabil əlaqələr sivilizasiyalararası dialoqun ilkin şərtidir. Bizim ən böyük ehtiyacımız əlaqələri və hərtərəfli sivilizasiyalararası dialoqu inkişaf etdirməyədir.

İkinci, biz bu gün elə bir dünyada yaşayırıq ki, sülhə, təhlükəsizliyə və ədalətə həmişəkindən daha artıq ehtiyacımız vardır. Bu ehtiyacların təmin edilməsi, ilk növbədə, elə qəbul olunmalıdır ki, ikinci mərhələdə yeni əməkdaşlıqlar yaratsın. Ona görə ki, sülhsüz və etimadsızlıqla heç nəyə nail ola bilmərik. Təhlükəsizlik də heç vaxt zor tətbiq etməklə yaradılmaz. Bu gün ədalət azadlıq və bərabərliklə çox yaxındır. Bu gün müasir dünyada ədalətin yeni mənası tarix qarşısında bərabərsizliklərin aradan qaldırılmasıdır, azadlıqların təmin olunmasıdır. Bu mühüm azadlığın mənası haqq qarşısında bərabərlikdir. Buna görə də azadlığın mənası bərabərlik və ədalətlə eynidir. Müasir dünyada beynəlxalq siyasətdə birtərəflilik, təkqütblülük və bir sıra qüdrətli dövlətlər tərəfindən ikili standartların tətbiq olunması barışılmazdır. Bu istiqamətdə regiondakı vəziyyət xalqların taleyində çətinliklər yaradır. Bu gün İraq və Fələstində cərəyan edən hadisələr müasir dünyamızın acı tarixidir. Amma gərək qəbul edək ki, islam dini sülh, təhlükəsizlik və ədalətə, o cümlədən müharibədən qaçmağa, terrorizmdən uzaqlaşmağa və dünyada, regionda milli zəmində əməkdaşlığa yeni imkanlar yaradır.

Yaddan çıxarmamalıyıq ki, bizim hər birimiz öz rolumuzla bu istiqamətdə mühüm addımlar ata bilərik. Bu gün təkcə region ölkələrinin xalqlarının taleyi deyil, dünya xalqlarının da taleyi bir–birindən ayrılmaqdadır. Dialoqlar, təşəbbüslər və görülən əməllər nəticəsində siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə nigarançılıqlar yaranmışdır. Təkqütblülük müasir dünyada barışılmaz bir haldır. Biz bu istiqamətdə region ölkələri arasında yeni istiqamətlər haqqında düşünməliyik.

Üçüncü, müasir dünyamız bilik və ictimai informasiya əlaqələri və qarşılıqlı bağlılıqlar əsasında bir-birindən asılıdır. Məhdudiyyətlər aradan qaldırılmışdır. Bu, Avropa mütəfəkkirinin fikridir ki, biz müasir dünyada siyasi senzura əsrindən liberal demokratiyaya keçid halındayıq. Bu istiqamətdə reallıqların aradan qaldırılması üçün məntiqi və demokratik üsullar, yeni yollar axtarmalıyıq. Bu bizə yeni imkanlar yarada bilər. Bu, həm də müasir sistemlər və dövlət qurumları arasında münasib əlaqələr yaradır, bizim milli mədəniyyətimizi, tariximizi yaradır. Bu gün asanlıqla liberal demokratiyaya keçmək olmaz. Rəsmi şəxslərin və xalq hakimiyyətinin bu istiqamətdə yolu və rolu çox mühümdür. Onlar ictimai razılıqlar və hamı tərəfindən qəbul olunan üsullarla bu uzun yolu çox qısalda və təhlükəsiz edə bilərlər. Onlar iqtidar və xalqın təhlükəsiz birgə iştirakını təmin edə bilərlər. Demokratiya belə bir suala cavabdır: ümumi qəbul edilmiş siyasi qərarlar necə yaradılır? Demokratiya elə bir siyasi quruluşdur ki, siyasi nəzəriyyələrin yaradılmasında mühüm bir amildir. Biz son iki yüzillikdə demokratiya istiqamətində önəmli addımlar atırıq. Demokratiyanın inkişafı və ona nail olunması bizim üçün çox böyük sərvət hesab edilir.

Dördüncü, mən bu gün arzu edərdim ki, sivilizasiyalararası dialoq barəsində söhbət edim. Bu, bizim müştərək dərdimizdir. İran və Azərbaycana gələn hər kəs həmişə ən yüksək zirvədə dayanan ədəb və əxlaqımıza çox pərəstiş və təəccüblə baxırlar. Azərbaycan şairi, ustad Nizami Gəncəvinin “Sirrlər xəzinəsi” əsəri əxlaq kitabıdır və insanlığa, ədalətə həsr olunmuşdur. O deyib ki, ağıl və ədalətdən yaxşı hünər yoxdur. Başqasının suyunu kəsmək, qanını tökmək yaxşı iş deyildir. Gərək həmişə xalqın gücünə və dəstəyinə arxalanasan, gecə yarısı zülmün xofundan qorxasan. Hər kəs bu evini abad etsə, gələcək evini abad etmiş olacaq.

Mən bu gün əminəm ki, biz ədalət istiqamətində bu sözlərdən özümüz

üçün ibrət götürəcək və müasir həyatımızda onlardan istifadə edəcəyik. Ədalətin əsas mənası qarşılıqlı razılaşma və ümumi yoldur.

Bunların hamısı sivilizasiyanın dərinliklərində özünə yer tapmışdır. Qarşılıqlı razılıq ədalətin ilkin şərtidir. Ədalətə çatmaq üçün xalqın bu prosesdə iştirakı çox vacibdir. Dövlət və qeyri–dövlət strukturları da bu işdə yaxından iştirak etməlidir.

Beşinci, bizim ölkələrimiz arasında olan iqtisadi–siyasi, elmi və mədəni əməkdaşlıq onu göstərir ki, biz daha güclü potensiala malikik. Ölkələrimiz arasında qarşılıqlı siyasi dəstək bunu daha da genişləndirir.

Ölkələrimizin hüquqi sahədə əməkdaşlığının genişləndirilməsində parlamentlərin rolu daha çoxdur. Parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası dostluq qruplarının əlaqələrinin daha da möhkəmləndirilməsi münasibətlərimizdə yeni səhifələr açır, əlaqələr rəsmi səviyyədən xalq müstəvisinə keçirilir. Aydındır ki, ölkələrimiz arasında əməkdaşlığın istiqamətləri müxtəlifdir və çoxdur. Energetika, neft, qaz, nəqliyyat sahəsində və iqtisadi sahədə əlaqələrin inkişafı çox mühümdür.

Xəzər dənizi həm reginal, həm də ikitərəfli və çoxtərəfli münasibətlərdə mühüm əhəmiyyət kəsb edir. Biz Xəzər dənizinin gələcək ekoloji təhlükəsizliyindən narahat olaraq, bu sahədə məsələlərin həll edilməsi və dənizin hüquqi statusunun müəyyən olunması istiqamətində çox yaxşı müzakirələr aparırıq. İran İslam Respublikası ölkələrimiz arasında münasibətlərin inkişafı üçün təkcə iqtisadi məsələləri təkid etmir. Ölkəmiz elmi, mədəni, siyasi ehtiyatlarını da Azərbaycan Respublikasına təqdim etməyə hazırdır. Biz Azərbaycan Respublikası ilə dostluq və birlikdə təhlükəsizlik şəraitində yaşamaq arzusundayıq. Biz bu istiqamətdə regiondakı münaqişələrin həllində sivilizasiyalararası dialoqlardan istifadə olunmasını dəstəkləyirik və münaqişənin aradan qaldırılmasında öz köməyimizi əsirgəməyəcəyik.

Azərbaycan gözəl torpaqdır, ucalıqdır, qeyrət məkanıdır. Uca dağları, mehriban xalqı, onun əzəmətli və sehirli mədəniyyəti uzaq tarixdən bu günə qədər çox sözlər demişdir və deyəcəkdir.

İcazə verin, fikrimi sehirli sözlər sahibi olan Şəhriyarın dili ilə xalqınıza çatdırım:

Heydər Baba gün sinəni dağlasın,

Üzün gülsün, bulaqların çağlasın,

Uşaqların bir dəstə gül bağlasın,

Yel gələndə, ver gətirsin bu yana,

Bəlkə mənim yatmış bəxtim oyana.

X X X

Milli Məclisin sədri MURTUZ ƏLƏSGƏROV İran İslam Respublikasının Prezidenti Məhəmməd Xatəmiyə dərin məzmunlu və maraq doğuran çıxışına görə parlamentin deputatları və öz adından minnətdarlığını bildirərək dedi:

-Siz öz çıxışınızda dünya sivilizasiyasını xarakterizə edən bir çox kateqoriyalara toxundunuz. Əlbəttə, bu çox dəyərlidir. Azərbaycan və İran arasında olan münasibətlərin gələcək inkişaf yollarını qeyd etdiniz və bir sıra Azərbaycan şairlərindən, o

cümlədən dahi Nizami Gəncəvidən misallar gətirdiniz. Bütün bunlara biz ürəkdən şərikik. İranla Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsinə dair etdiyiniz bu çıxışı Milli Məclis çox yüksək dəyərləndirir. Dəyərli və fəlsəfi çıxışınıza görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb