İRAN MÜDAFİƏ SƏNAYESİNİN DAİMİ SƏRGİSİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Tehranda İran müdafiə sənayesinin daimi sərgisində olmuşdur. Burada dövlətimizin başçısını İranın müdafiə naziri Əli Şamxai böyük hörmət və ehtiramla qarşıladı. Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Burada İranın müdafiə naziri ilə görüş zamanı Azərbaycan Prezidentinin səfərinin uğurla keçdiyi xüsusi vurğulandı, ölkələrimiz arasındakı əməkdaşlıqdan, o cümlədən hərbi sahədə əlaqələrin səviyyəsindən razılıq ifadə olundu. Bir daha vurğulandı ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu uğurlu səfəri gələcəkdə əlaqələrin daha da inkişafına öz töhfəsini verəcəkdir.
Sonra dövlətimizin başçısı İlham Əliyev İranda istehsal olunan hərbi texnikanın nümunələri ilə tanış oldu.