İRAN PARLAMENTİ SƏDRİNİN BƏYANATI
O demişdir: “İran hədə-qorxular və güc qarşısında heç zaman geri çəkilməmişdir. Biz hər cür təcavüzü dəf etməyə hazırıq və nüvə məsələsində öz mövqelərimizi qətiyyətlə qorumaq niyyətindəyik”. Adil xatırlatmışdır ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) bütün tələblərini qeyd-şərtsiz yerinə yetirmişdir və nüvə silahının yayılmaması haqqında müqaviləyə (NSYM) əlavə protokola könüllü surətdə əməl etmişdir. Son iki ildə İranın nüvə obyektlərinin qapıları BAEA ekspertlərinin üzünə açıq olmuşdur. Onlar bu obyektlərdə aparılan tədqiqatların hərbi yönümlü olduğu barədə heç bir əlamət aşkar etməmişlər.
Parlament sədrinin fikrincə, İranın “nüvə dosyesi”nin BMT Təhlükəsizlik Şurasına verilməsinin perspektivləri özlüyündə İrana təzyiq göstərmək cəhdidir.
Rəsmi Tehran öz nüvə proqramının dinc xarakter daşıdığını dəfələrlə bəyan etmişdir. Ötən həftə İran BAEA-nın qətnaməsinə qarşı etiraz əlaməti olaraq NSYM-yə əlavə protokola əməl etməsini dayandırmışdır, çünki qətnamə İranın “nüvə dosyesi”nin BMT TŞ-yə verilməsinə yol açır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]