İRAN PREZİDENTİNİN SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 24-də İran Prezidentinin sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəmi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi sarayın önündə dostcasına, böyük hörmət və ehtiramla qarşıladı.
Azərbaycanın və İranın dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident İlham Əliyev İran əsgərlərini salamladı.
Prezident İlham Əliyev və Prezident Seyid Məhəmməd Xatəmi xatirə şəkli çəkdirdilər.
Sonra dövlət başçılarının təkbətək görüşü oldu.