İran Rusiyadan 2 milyon doza vaksin alacaq
Tehran, 6 fevral, AZƏRTAC
İranın Rusiyaya sifariş verdiyi koronavirusa qarşı “Sputnik V” peyvəndinin 500 min dozası paytaxt Tehrana çatdırılıb.
AZƏRTAC xəbər verir ki, İran Rusiya istehsalı olan “Sputnik V” vaksinlərindən 2 milyon doza sifariş verib. Peyvəndin İrana çatdırılması 3 mərhələdə həyata keçiriləcək. Qeyd etdiyimiz kimi 500 min doza artıq İrana çatdırılıb. Qalan hissələr isə fevral ayı ərzində gətiriləcək. Bunun üçün İranın “Mahan Air” aviasiya şirkəti xüsusi təyyarə ayırıb.
İranın Rusiyadakı səfiri Kazım Cəlali jurnalistlərə bildirib ki, Rusiyanın istehsal etdiyi peyvənd İran da daxil olmaqla dünyanın 16 ölkəsində qeydiyyatdan keçib və istifadəyə yararlı hesab edilir.
Diplomat onu da nəzərə çatdırıb ki, Rusiyanın Birbaşa İnvestisiya Şirkəti ilə əldə edilən razılığa əsasən, “Sputnik-V” vaksininin İran daxilində birgə istehsalı da qərara alınıb.
İranın Səhiyyə Nazirliyi bildirib ki, peyvənd əhalinin aztəminatlı təbəqəsi üçün pulsuz olacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]