İranda koronavirusa yoluxanların sayı 116 mini ötüb
Tehran, 15 may, AZƏRTAC
İranda koronavirusa yoluxma halı mayın 15-də kəskin artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur deyib. O bildirib ki, son sutka ərzində İranda 2192 nəfərin virusa yoluxması aşkar edilib, 48 nəfər isə ölüb.
Bununla da İranda virusa yoluxanların sayı 116 min 635-ə, ölənlərin sayı isə 6902-yə çatıb. Xüsusi rejimli xəstəxanalarda müalicə alan 91 min 836 nəfər sağalaraq evə buraxılıb.
Mətbuat katibi onu da vurğulayıb ki, xüsusi xəstəxanaların intensiv terapiya şöbəsində müalicə alan 2727 xəstənin vəziyyəti ağırdır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]