İranlı nazır: İran-Rusiyanın münasibətləri strateji xarakter daşıyır
Tehran, 22 iyul, AZƏRTAC
İran ilə Rusiya arasında qarşılıqlı əlaqələrin inkişafı haqqında yeni müqavilənin hazırlanması prosesi davam edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Moskvada səfərdə olan İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
O, Rusiyalı həmkarı Serqey Lavrov ilə birgə mətbuat konfransında onu da bəyan edib ki, dövlətlər arasındakı iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Yeni müqavilə imzalandıqdan sonra təsdiq üçün hər iki ölkənin parlamentinə təqdim ediləcək. Yeni müqavilə uzunmüddətli olmaqla yanaşı, əməkdaşlıq üçün bütün sahələri əhatə edəcək.
Nəzərə çatdırılıb ki, birgə iqtisadi komissiyanın növbəti iclası payızda Moskvada keçiriləcək.
İranlı nazır qeyd edib ki, İran ilə Rusiya arasındakı münasibətlər strateji xarakter daşıyır.
Nazirlərin görüşündə regional və qlobal siyasi proseslər və təhlükəsizlik məsələləri də müzakirə edilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]