İraqda polis idarəsinə silahlı hücum olub
Tehran, 6 fevral, AZƏRTAC
İraqın Kərkük vilayətinin Daquq rayonunda polis idarəsinə silahlı hücum olub. Ölən və yaralananlar barədə hələ məlumat verilməyib.
AZƏRTAC İraq mətbuatına istinadla xəbər verir ki, silahlı hücumu İŞİD terror qruplaşmasının üzvləri törədiblər. Hadisə yerinə xüsusi xidmət orqanlarının əməkdaşları və ordu hissəsi cəlb olunub.
Ərazidə genişmiqyaslı təhqiqat aparılır, terrorçuların yeri müəyyənləşdirilir.
Həmin qruplaşma 2017-ci ildə İraq və ABŞ ordusunun hissələri tərəfindən məhv edilsə də, qaçıb gizlənən bəzi terrorçular ucqar rayonlarda tez-tez silahlı hücumlar törədirlər.
Mətbuatda yer alan xəbərlərə görə, terrorçular İraqın Diyalə, Kərkük, Səlahəddin, Əl-Ənbar və Bağdad əyalətlərində hələ də fəaldırlar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]