İraqın neft mədəni naməlum silahlıların hücumuna məruz qalıb
Bakı, 5 may, AZƏRTAC
Naməlum silahlıların İraqın şimalında yerləşən neft mədəninə hücumu nəticəsində həlak olan və yaralananlar var.
AZƏRTAC İraq KİV-lərinə istinadla xəbər verir ki, bu gün səhər saatlarında Kərkükün “Bay-Həsən” neft mədəni naməlum silahlıların hücumuna məruz qalıb.
İraqın Neft Nazirliyinin məlumatına əsasən, hadisə zamanı iki neft quyusu partladılıb, təhlükəsizlik və mühafizə xidmətinin əməkdaşları arasında ölənlər var. Hazırda yanğınsöndürənlər partlayışdan sonra mədəndə baş verən yanğını söndürməyə çalışırlar.
Neft obyektlərinə terror hücumlarını qınayan nazirlik bildirib ki, bu, neft sahəsinin işini dayandırmayacaq. Həmçinin neft yataqlarının mühafizəsi üçün maksimum səy göstəriləcək.
İraqın hakimiyyət orqanları hələ ki, həlak olan və yaralananların dəqiq sayı və hücumun kim tərəfindən törədildiyi barədə məlumat verməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]