İrəvandakı “Rus evi”nin rəhbəri Ermənistan Baş Prokurorluğuna müraciət edib
Moskva, 30 yanvar, AZƏRTAC
Ermənistandakı “Rus evi” Leninqradın İkinci Dünya müharibəsi zamanı blokadası dövründə yaşamış uşaqların xatirəsinə ucaldılmış abidənin təhqir edilməsi ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.
AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, İrəvandakı “Rus evi”nin rəhbəri Vadim Fefilov abidənin təhqir olunması barədə Ermənistan Baş Prokurorluğuna məktub ünvanlayıb.
Xatırladaq ki, yanvarın 30-da “Tik-Tok” sosial şəbəkəsində Samvel Şirinyan adlı şəxs Rusiya bayrağının rəmzi olan lentləri nümayişkaranə şəkildə qıraraq, abidənin qarşısındakı əklilləri kənara atıb. Videoda təhqiredici sözlər səsləndirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]