İşğaldan azad olunmuş ərazilərdə ANAMA ilə birgə maarifləndirmə tədbirlərinə başlanılıb
Bakı, 28 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işğaldan azad olunmuş ərazilərdə Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə əməyin mühafizəsinə dair maarifləndirici təlimlərə başlayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 28-i Ümumdünya Əməyin Mühafizəsi Günü ərəfəsində hər iki qurumun nümayəndələri Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində olub, həmin ərazilərdə fəaliyyət göstərən müəssisələrin işəgötürənləri və işçiləri üçün “İş yerlərində əməyin mühafizəsi” və "Mina təhlükəsizliyi" mövzularında maarifləndirmə təlimləri aparıblar.
Birgə təlimlərin işğaldan azad olunmuş digər ərazilərdə də mütəmadi təşkil edilməsi nəzərdə tutulur.