Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşğaldan azad olunmuş ərazilərin bərpası üçün Azərbaycan dövləti siyasi iradə nümayiş etdirir - ŞƏRH

İşğaldan azad olunmuş ərazilərin bərpası üçün Azərbaycan dövləti siyasi iradə nümayiş etdirir -  ŞƏRH

Bakı, 11 may, AZƏRTAC

Otuz ilə yaxın davam edən işğal zamanı ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış Qarabağ və Şərqi Zəngəzur bu gün dirçəliş dövrünü yaşayır. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşaması üçün genişmiqyaslı tədbirlər görülür. Artıq Böyük Qayıdış uğurla reallaşmaqdadır. Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə qayıdışın reallaşması da bunun göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

O bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir, keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma yurdlarında məskunlaşırlar: “İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması, “ağıllı kənd” və yaşayış məhəllələrinin salınması, infrastruktur layihələrinin icrası, istehsal və digər iqtisadi obyektlərin yaradılması keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışına və əzəli torpaqlarımızda layiqli yaşayışına hesablanıb.

Hər iki iqtisadi rayonda aparılan tikinti-quruculuq işlərinin nəticəsidir ki, həm Şərqi Zəngəzura, həm də Qarabağa Böyük Qayıdış möhtəşəmdir. Böyük Qayıdış Proqramına uyğun olaraq, 2022-ci ildə Zəngilanın Ağalı kəndinə başlanan köç prosesi hazırda azad olunmuş digər ərazilərdə uğurla davam edir. 30 ildən artıq məcburi köçkünlük həyatı yaşayan soydaşlarımız böyük sevinc və qürur hissi ilə doğma yurd-yuvalarında məskunlaşırlar.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə onminlərlə insan yaşayır”.

"İşğaldan azad olunmuş ərazilərimizin ən yüksək səviyyədə bərpası üçün dövlətimiz siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu azad olunmuş ərazilərdə tarixi, mədəni və dini abidələrimizin bərpası istiqamətində böyük işlər görür. Həmin ərazilər yalnız keçmiş köçkünlərin qayıdışı ilə məhdudlaşmır, həm də dünyanın diqqət mərkəzindədir. Azad edilmiş şəhərlərdə nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi buna sübutdur. Bütün bunlar isə çox qürurvericidir" - deyə Samir Vəliyev vurğulayıb.

Deputat qeyd edib ki, bugünlərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərə növbəti səfəri, bərpa işləri ilə tanışlığı və doğma yurdlarına qayıdan insanlarla görüşmələri tarixi hadisədir: “Dövlətimizin başçısı Zəngilan şəhərinə ilk qayıdan sakinlərlə görüşü zamanı deyib ki, bu qayıdışın 10 mayda - Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 -cü ildönümündə reallaşması rəmzi məna daşıyır. Çünki Heydər Əliyevin bütün həyat və fəaliyyəti Azərbaycan xalqına həsr olunub. 1992-1993-cü illərdə AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi nəticəsində torpaqlarımızın işğalı ilə yanaşı, dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Məhz Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı nəticəsində xalqımız təhlükələrdən xilas oldu və Azərbaycan inkişaf yoluna çıxdı. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət sayəsində Azərbaycan inkişaf edərək gücləndi və bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu”.

Hazırda regionda sülh üçün praktiki addımlar atıldığını deyən deputat bu təşəbbüsün müəllifinin Azərbaycan olduğunu xatırladıb. Onun sözlərinə görə, indi bəzi beynəlxalq dairələr sülhə süni əngəllər yaratmağa çalışır və guya Ermənistanı Azərbaycandan qoruyurlar: “Prezident İlham Əliyevin dediyi kimi, Ermənistanı Azərbaycandan qorumaq lazım deyil. Çünki biz öz məqsədimizə, yəni ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına nail olmuşuq. Bu yaxınlarda Ermənistanda səfərdə olan Fransa prezidenti Makron qeyri-ciddi fikirlər səsləndirib. Əslində, onun İkinci Qarabağ müharibəsi dövründə Ermənistana yardım cəhdləri iflasa uğramışdı. Bundan sonra da Fransanın beynəlxalq müstəvidə Azərbaycana qarşı qərəzli kampaniyaları heç bir nəticə vermədi. Çünki Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və ədalətə əsaslanır. Hazırda, Ermənistanda revanşist qüvvələr hakimiyyətə gəlməyə çalışır ki, bu da ilk növbədə erməni xalqı üçün təhlükədir. Bundan sonra Azərbaycana qarşı hər hansı təxribatlar olarsa, onlara tutarlı cavab veriləcək”.

"Sülh yolunda vacib amillərdən biri regional kommunikasiyaların açılmasıdır. Bu gün Zəngəzur dəhlizinin reallaşması üçün praktiki addımlar atılır. Bu baxımdan, Zəngilan rayonu da tezliklə logistika mərkəzinə çevriləcək" - deyə S.Vəliyev vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq