Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşığı ilə dünyamızı nurlandıran dahi Üzeyir Hacıbəyli

İşığı ilə dünyamızı nurlandıran dahi Üzeyir Hacıbəyli

Bakı, 18 sentyabr, AZƏRTAC

Üzeyir bəy Hacıbəyli kimi dahinin azərbaycanlı olması bizim üçün ilahi bir hədiyyədir. Azərbaycan mədəniyyətinə misilsiz xidmət edən Üzeyir Hacıbəyli, əlbəttə ki, təkcə doğulduğu və əbədiyyətə qovuşduğu gün yox, daima xatırlanmalı, ehtiramla anılmalıdır. Həmçinin məzarı yalnız xüsusi günlərdə deyil, ilin müxtəlif zamanında ziyarət olunmalıdır. Sözsüz ki, vəfa borcumuz, sadəcə, bununla tamamlana bilməz. Öhdəmizdə bununla bağlı saysız-hesabsız görüləcək işlər var. Onun həyat və yaradıcılığı barəsində bir neçə məqalə müəllifi olsam da, bilirəm ki, bunlar hələ o böyüklüyün önündə cüzi işlərdir.

Bu fikirləri musiqişünas, Prezident təqaüdçüsü Aysel Kərimin “İşığı ilə dünyamızı nurlandıran dahi Üzeyir Hacıbəyli” sərlövhəli yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Ruhunun işığı daima dünyamızı nurlandıran o dahi şəxsiyyətin - Üzeyir Hacıbəylinin bu gün 139 illik yubileyidir. Əlamətdar bir məqam xüsusi vurğulanmalıdır ki, Üzeyir bəyin doğum gününün musiqi bayramı kimi keçirilməsinin təməli Ümummilli Liderimiz, mədəniyyətimizin böyük himayədarı olan Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Daha sonra - dahi bəstəkarın 110 illik yubileyində isə bunu rəsmiləşdirib. Əbədiyaşar liderimiz Heydər Əliyev Üzeyir Hacıbəyli barəsində deyib: “Bir azərbaycanlı, Azərbaycanın Prezidenti kimi fəxr edirəm ki, Azərbaycan xalqı belə zəngin incəsənətə, peşəkar musiqiyə malikdir. Azərbaycan peşəkar musiqisinin əsasını böyük Üzeyir Hacıbəyli qoyub”. “Üzeyir Hacıbəylinin yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir”, “Mən Üzeyir Hacıbəylinin xatirəsi qarşısında baş əyirəm”, “Sizi Üzeyir Hacıbəylinin irsinin yaşaması naminə birliyə, qəhrəmanlığa, vətənpərvərliyə dəvət edirəm” kəlamları ilə ölməz sənətkarımızı ən ali məqama ucaldıb.

Dövlətimizin başçısı İlham Əliyev Üzeyir bəy irsinə, onun milli və bəşəri miqyasına, böyük önəminə daima ali münasibət nümayiş etdirib. Dahi bəstəkarın adının, irsinin yaşadılması, layiqincə uca tutulması ilə bağlı məsələlər hər zaman onun yüksək diqqətində olub. Prezident İlham Əliyev dahi bəstəkar Üzeyir Hacıbəyli barəsində söz açarkən: “Üzeyir Hacıbəyli Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biridir”,- deyə vurğulayıb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunub. Bu günədək keçirilən festivalın konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorlar iştirak edib.

Bilirik ki, Üzeyir Hacıbəyli Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədri olub. Hazırkı sədr isə Firəngiz xanım Əlizadədir. Firəngiz xanım özündən öncəki ənənələri qoruyaraq inkişaf etdirməkdədir. İttifaqda dahi bəstəkarın abidəsinin olması, portretinin asılması və qurumun Konsert Salonunun Üzeyir Hacıbəylinin adını daşıması xüsusilə əlamətdardır.

Şanslıyıq ki, bu gün Azərbaycan Bəstəkarlar İttifaqına Xalq artisti, professor Firəngiz Əlizadənin şəxsində dahi Üzeyir bəyin sənət yolunun parlaq davamçısı, musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, dünyaşöhrətli bir musiqi xadimi rəhbərlik edir. Firəngiz xanımın Üzeyir bəy şəxsiyyəti və yaradıcılığı barədə söylədikləri bu mövzuda dinlədiyim ən əhatəli və dəyərli fikirlər kimi yaddaşıma həkk olunub. Firəngiz Əlizadə bu barədə bildirib: "Doğma torpağın ən dəyərli yetirməsi, vətənpərvər, fədakar, fitri istedada malik olan, sözün əsl mənasında, böyük, ziyalı - Şərq musiqisinin sönməz günəşi - Üzeyir Hacıbəylidir. Siz müxtəlif zövqlü ola bilərsiniz, musiqinin fərqli növlərini sevə bilərsiniz, klassik və ya romantik əsərləri dinləyə bilərsiniz. Amma Üzeyir bəyin musiqisi elə bir gözəlliyə malikdir ki, onu sevməmək mümkün deyil. Çünki onun ölməz əsərləri bütün zövqləri oxşayır və könülləri ram edir. Odur ki, Azərbaycan musiqisi məhz Üzeyir bəyin xidmətləri sayəsində dünyada şöhrət qazanıb".

Onu da qeyd edək ki, festival çərçivəsində bir neçə tədbir ənənəvi olaraq məhz üzvü olduğum Bəstəkarlar İttifaqında təşkil olunur. Kamera musiqisi konsertləri, xaricdən gələn musiqiçilərlə görüşlər, elmi konfransları misal gətirə bilərik. İttifaqın bu yöndəki fəaliyyətindən söhbət açarkən onun rəhbərliyi ilə təşkil olunan bir çox önəmli layihələrin, elmi-praktik konfransların, festivalların şahidi olmuşuq. Həmin tədbirlərdə Üzeyir bəyin öz əsərləri ilə yanaşı, ona həsr olunan əsərlər də yer alıb. Elmi konfranslarda hər dəfə dahi bəstəkarın barəsində yeni-yeni faktlar ortaya qoyulub.

2009-cu ildən etibarən ənənəvi olaraq bir çox ölkələrdən dünyaşöhrətli musiqiçiləri bir araya toplayan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil edilir. 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş, Azərbaycan kino sənətinin əfsanəsi olan "Arşın mal alan" filmi bərpa edilərək rəngli versiyası hazırlanıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi "Üzeyir Hacıbəyli" Fəxri medalı ilə təltif edilməsi də son dərəcə önəmli bir hadisə olaraq diqqət çəkir. Azərbaycan Bəstəkarlar İttifaqı Mehriban xanım Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir peşəkar musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə fəxri medalın ilk nüsxəsini təqdim edib.

"Üzeyir irsi, həqiqətən, böyük bir dünyadır. Bu dünyanın əzəməti ondadır ki, Üzeyir bəy bu gün də əsl pedaqoq kimi bizi tərbiyə edir, bizə kədərlənməyi və gülməyi öyrədir. Muğam dramaturgiyasının sirlərini açır. Aşıq sənətinin qüdrətini dərk etməyə kömək edir",- deyə Mehriban xanım Əliyeva dahi bəstəkar barədə bildirib. Nəzərə çatdıraq ki, məhz Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2005-ci ildə Üzeyir Hacıbəylinin 120 illik yubileyi münasibətilə birinci Muğam müsabiqəsi keçirildi. 2008-ci ildə dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunan "Üzeyir dünyası" layihəsi işıq üzü gördü. Həmin nəşrə "Ömür salnaməsi", "Üzeyir Hacıbəyli ensiklopediyası", "Bədii və publisistik əsərlər" kitabları, "Leyli və Məcnun", "Koroğlu" operaları və "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir.

Əbədi xatirəsi daima əziz tutulan Üzeyir Hacıbəylinin yaradıcılığından, əsərlərindən, milli üslubundan, yeniliklərindən, musiqi tarixindəki mövqeyindən və xidmətlərindən bir ömür boyu danışmaq olar. Onun irsinə yüksək ehtiramımız əslində millət olaraq mənəvi borcumuzdur.

Bu gün sentyabrın 18-dən başlayaraq 28-dək Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcəkdir. Festival çərçivəsində Bakı ilə yanaşı, Şuşa, Gəncə və bir sıra şəhərlərdə açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərsləri təqdim olunacaq. Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təqdimatında “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi reallaşacaq. Həmçinin bütün ölkə üzrə Heydər Əliyev mərkəzləri və kinoteatrlarda Üzeyir Hacıbəylinin əsərləri əsasında lentə alınmış bədii filmlərin nümayişi, xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur. Festivalda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Almaniya, İspaniya, Avstriya, Koreya Respublikası, Türkiyə, Braziliya, Hindistan və digər ölkələrdən tanınmış ifaçı və kollektivlər iştirak edəcəklər.

Dünyadakı millətlər fərqli dildə danışsa da musiqi insanları bir yerə toplamağı bacaran universal dildir. Ən əsası böyük mədəniyyətdir. Biz azərbaycanlıları bu mədəniyyətə qovuşduran dahinin ruhu şad olsun! Üzeyir Hacıbəyli sayəsində doğulan peşəkar musiqi-bəstəkarlıq sənəti əbədi yaşasın və Azərbaycanın bu gözəl bayramı mübarək olsun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BVF Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yeni qiymət artımı riski barədə xəbərdarlıq edib

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub