İslamiada: Daha bir güləşçimiz medal qazanıb
Konya, 11 avqust, Səxavət Quliyev, AZƏRTAC
Azərbaycanın sərbəst güləşçisi Əsgər Məmmədəliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
AZƏRTAC-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 70 kq-dakı idmançı 3-cü yer uğrunda qarşılaşmada tacikistanlı Cəmşid Şərifovu 3:0 hesabı ilə məğlub edib.