İslamiada: Əlcəzairin və Türkiyənin kişi voleybolçuları bürünc medallar uğrunda yarışırlar
Bakı, 21 may, G.Mahmudlu, AZƏRTAC
Mayın 21-də İslamiadada kişi voleybolçular arasında yarışın bürünc medalları uğrunda görüş keçirilir.
AZƏRTAC xəbər verir ki, “Baku Crystall Hall”da keçirilən görüşdə Əlcəzair və Türkiyə yığmaları qarşılaşırlar.
Final oyunu isə Azərbaycan və İran komandaları arasında keçiriləcək.