İslamiada: Ölkəmiz idman gimnastikasında ilk qızıl medalını qazanıb
Konya, 11 avqust, Səxavət Quliyev, AZƏRTAC
Azərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 26 yaşlı idmançı dayaqlı tullanma üzrə hərəkətlərin icrasında bütün rəqiblərini üstələyib.
Nikita Simonov isə halqalar ilə hərəkətlərdə 2-ci yeri tutub.