İsmayıllı rayonunda cüdo qaydalarında tətbiq edilən dəyişikliklərlə bağlı seminar keçirilib
Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də İsmayıllı Olimpiya İdman Kompleksində Beynəlxalq Cüdo Federasiyasının növbəti Olimpiya dövrü üçün qaydalarda tətbiq etdiyi 12 müddəadan ibarət dəyişikliklərlə bağlı seminar təşkil olunub.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, hakimlər komitəsinin sədri Mətin Rəhimli ilə yanaşı, hakimlər Məhəmmədəli Quluzadə, Pərviz Hüseynov, Vasif İskəndərov, Bəhriyyə Hüseynova, Ayaz Abbasov və Fəxrəddin Əliyev dəyişikliklərlə bağlı məşqçilərə və cüdoçulara geniş məlumat veriblər.
Seminar zamanı iştirakçılara qaydalar barədə nəzəri məlumatların verilməsi ilə yanaşı, tatami üzərində də əyani olaraq izah edilib.