İsmayıllıda fındıq bağlarından 287 ton məhsul götürülüb
İsmayıllı, 11 noyabr, AZƏRTAC
İsmayıllı rayonunda fındıq yığımı başa çatıb, bağlardan 287 ton məhsul götürülüb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, İsmayıllıda 2095 hektar fındıq bağı var. Bağların 87 hektarı bar verəndir. Cari ildə istehsal olunan məhsul ötənilki göstəricidən 6 ton çoxdur. Rayonda fındıqçılığın daha çox inkişaf etdiyi ərazilərdə, xüsusilə Topçu, Qalınçaq kənd, İsmayıllı şəhər icra nümayəndəliklərində cari ildə məhsuldarlıq daha yüksək olub.
Qeyd edək ki, dövlət başçısının ixracyönümlü məhsulların, o cümlədən fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tövsiyə və tapşırıqlara müvafiq olaraq son illər bağların sahəsi xeyli artırılıb. Belə ki, mövcud fındıq bağlarının 1900 hektarından çoxu son beş ildə salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]