İsmayıllının daha bir kəndi qazlaşdırılır
İsmayıllı, 8 iyun, AZƏRTAC
İsmayıllı rayonun Bizlan kəndinə ilk dəfə olaraq qaz xətti çəkilir. Yaşayış məntəqəsində 105 abonent var.
Rayon icra hakimiyyətinin informasiya təminatı və təhlili sektorundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, layihəyə görə, ümumilikdə, 9300 metr müxtəlif diametrli borudan istifadə ediləcək. Hazırda 108 və 76 millimetrlik daşıyıcı, 57 millimetrlik paylayıcı borular qaynaq olunur, dirəklər basdırılır. İşlər “Azəriqaz” İstehsalat Birliyi nəzdindəki “Azqaz İnşaat Servis” QSC tərəfindən icra olunur.
Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonun Zeyvə, Soltankənd və Qalagah kəndləri artıq qazlaşdırılıb. Bu ilin sonunadək Keyvəndi, Şəbiyan, Mücühəftəran, Ruşan və Enişdibi yaşayış məntəqələrinin də qazlaşdırılması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:04]
Xaçmazda mağazada yanğın olub VİDEO
- 08.10.2026 [19:03]
Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO
- 08.10.2026 [18:51]
Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]