İSPAN VELOSİPEDÇİ DOPİNQ QƏBUL ETDİYİNƏ GÖRƏ OYUNLARDAN KƏNARLAŞDIRILMIŞDIR
AZƏRTAC xəbər verir ki, ispan velosipedçi Mariya İsabel Moreno dopinq qəbul etdiyinə görə yarışlarda iştirakdan məhrum edilmişdir. O, Pekində bilavasitə Olimpiada zamanı nadürüst oyunda ifşa edilmiş ilk idmançı olmuşdur. İyulun 31-də Olimpiya kəndində Morenodan götürülmüş dopinq-nümunədə qadağan olunmuş EPO (eritropoetin) preparatının izləri aşkar edilmişdir.
İnsanın orqanizmində o, qırmızı qan kürəciklərinin miqdarının tənzimlənməsi üçün böyrəklərdə hasil olunur. Sintetik eritropoetin eritrositlərin səviyyəsini yüksəldir ki, bu da orqanizmin oksigendən istifadə qabiliyyətini artırır. Çox vaxt bu hormon idmanın o növlərində (o cümlədən veloidman da) tətbiq olunur ki, orada nəticələr dözümlülükdən asılıdır.
BOK idmançının akkreditəsini geri götürmüş və ona Oyunlarda iştirakı qadağan etmişdir, yürüşçünün gələcək müqəddəratını isə Beynəlxalq Velosipedçilər İttifaqı həll edəcəkdir. Pekin oyunlarında Moreno yalnız şose yürüşündə iştirak edə bilmişdir. Həmçinin planlaşdırılmışdı ki, o, avqustun 13-nə nəzərdə tutulmuş ayrıca startla fərdi yürüşdə çıxış edəcəkdir.
Xatırladaq ki, bu, ispanlarla bağlı ilk dopinq qalmaqalı deyildir. Bakıda qadınlar arasında ot üstündə xokkey üzrə lisenziyalı turnirdə İspaniyanın iki xokkeyçı qadın idmançısı qadağan edilmiş preparatlardan istifadə etməkdə ifşa olunmuşdu. Lakin planetin bütün idman ictimaiyyətini heyrətə gətirən bu olmuşdur ki, ot üstündə Avropa Xokkey Federasiyası ispan qadın idmançıları turnirdə iştirakdan məhrum etməmək qərarına gəlmişdi.
Qeyd edək ki, ot üstündə Avropa Xokkey Federasiyasının prezidenti İspaniya vətəndaşıdır.