İspaniya millisi Bakıda Latviya yığmasının qapısından 18 cavabsız top keçirib
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Bakıda futbol üzrə 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 8-ci qrupunun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda İspaniya millisi Latviya yığması ilə qarşılaşıb.
Kiprli baş hakim Çiriso Georgiounun idarə etdiyi oyunda İspaniya millisi 18:0 hesablı qələbə qazanıb.
Qrupda yer alan Azərbaycan millisi saat 19:00-da Ukrayna komandası ilə üz-üzə gələcək.