İspaniya Strateji və Beynəlxalq Araşdırmalar Fondunun rəhbəri Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib
Madrid, 28 may, AZƏRTAC
İspaniya Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (FESEI) direktoru Migel Alvares özünün “Twitter” səhifəsində Azərbaycanı 28 May Respublika Günü münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, M.Alvares yazıb: “Mayın 28-də Azərbaycanda Respublika Günü - 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü qeyd edilir. Bu əlamətdar gün münasibətilə FESEI Fondunun adından bütün azərbaycanlıları təbrik edir, bütün Azərbaycan xalqına sülh və firavanlıq arzu edirik”.
Migel Alvares məktubunda “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonrakı inkişaf və əməkdaşlıq” mözusunda beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə çəkilmiş fotoşəklini də paylaşıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid