Bakı, 27 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
İyulun 27-də ispaniyalı tennisçi Daniel Merida oğlanların fərdi yarışının qalibi olub.
AZƏRTAC xəbər verir ki, o, Bakı Tennis Akademiyasında keçirilən final qarşılaşmasında latviyalı Vilius Qaubasu 2:0 (6:2, 6:0) hesabı ilə məğlub edərək qızıl medal qazanıb.