İSRAİL AZƏRBAYCAN İLƏ TURİZM SAHƏSİNDƏ ƏMƏKDAŞLIQDA MARAQLIDIR
Təl-Əviv, 5 may (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, İsraildə səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov mayın 5-də bu ölkənin turizm naziri Stas Misejnikov ilə görüşmüşdür.
Görüşdə Azərbaycanda mövcud olan tolerantlıqdan, Azərbaycan və yəhudi xalqları arasındakı dostluq münasibətlərinin tarixi köklərindən danışılmış, əlaqələrimizin belə yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının rolu xüsusi qeyd olunmuşdur. Nazir S.Misejnikov ölkəmizdəki tolerantlığı, azsaylı xalqların nümayəndələri üçün yaradılmış imkanları, Azərbaycanın müxtəlif bölgələrində yaşayan yəhudilərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları yüksək qiymətləndirmişdir.
Görüşdə, həmçinin ölkələrimizin turizm potensialı ətrafında fikir mübadiləsi aparılmışdır. Stas Misejnikov Azərbaycanın turizm imkanları ilə maraqlanmış, İsrailin bu sahədə ölkəmiz ilə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir.
Nazim İbrahimov Azərbaycanın geniş turizm potensialı barədə ətraflı məlumat vermiş, ölkəmizin bu səhədə İsraillə əməkdaşlıq etməyə hazır olduğunu qeyd etmişdir.
Sonda Azərbaycanın turizm potensialı ilə yaxından tanış olmaq məqsədi ilə İsrailin turizm nazirinin bu ilin iyulunda ölkəmizə nəzərdə tutulan səfəri ilə bağlı ilkin razılıq əldə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]