İsrail gimnastları Bakıda növbəti qızıl medala sahib olublar
Bakı, 5 mart, AZƏRTAC
Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında İsrail təmsilçiləri növbəti qızıl medala sahib olublar.
AZƏRTAC xəbər verir ki, 12-18 yaş kateqoriyasında mübarizə aparan kişi qrupların yarışında İsrail gimnastları 28,230 xalla birinci olublar.
İlk üçlükdə Rusiya (27,980 xal) və Böyük Britaniya (26,890) qrupları yer alıblar.
Qeyd edək ki, Bakıda təşkil olunan turnirin ilk qızıl medalını da israilli gimnastlar qazanıblar. Belə ki, qadın cütlüklərin final yarışında 27,640 xalla İsrail cütlüyü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayırlar.
Ölkəmizdə ilk dəfə təşkil olunan yarışda 24 ölkədən 438 idmançı iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]