DÜNYA
İsrail Prezidenti Türkiyədə səfərdədir
İstanbul, 9 mart, AZƏRTAC
İsrail Prezidenti İsxak Hersoq Türkiyədə rəsmi səfərdədir.
AZƏRTAC xəbər verir ki, Prezident Hersoq və onu müşayiət edən nümayəndə heyətini daşıyan təyyarə Ankaranın Esenboğa hava limanına enib.
İsxak Hersoqu hava limanında Türkiyə Prezidentin mətbuat katibi İbrahim Kalın və digər rəsmilər qarşılayıblar.
İki gün davam edəcək səfər Türkiyə-İsrail münasibətlərinin normallaşması baxımından mühüm hadisədir. Yeni əməkdaşlıq münasibətləri, xüsusilə Aralıq dənizindəki gərginliyi azalda, mövcud vəziyyəti tamamilə dəyişə bilər.
Qeyd edək ki, bu, İsrail Prezidentinin son 14 ildə Türkiyəyə ilk gəlişidir. Sonuncu dəfə 2008-ci ildə Prezident Şimon Peres Türkiyəyə səfər edib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2024 [18:29]
Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub
- 01.06.2024 [16:19]
Standard & Poor's” Makron hökumətinə ağır zərbə vurub
- 01.06.2024 [14:08]
Hindistanda son 24 saatda istidən azı 85 nəfər ölüb
- 01.06.2024 [14:07]
“James Webb” teleskopu ən uzaq qalaktikaları kəşf edib
- 01.06.2024 [13:51]
“Bürc-Xəlifə”nin memarı göydələnləri qravitasiya batareyalarına çevirəcək
- 01.06.2024 [13:37]
Almaniyada 900 min nəfəri hərbi qeydiyyata almaq təklif edilib
- 01.06.2024 [13:10]
Gürcüstanın dövlət borcu 2,8 milyard larini ötüb
- 01.06.2024 [12:53]
İndoneziya Qəzzaya sülhməramlılar göndərməyə hazırdır
- 01.06.2024 [12:40]