DÜNYA
İsraildə baş verən döyüşlərdə ölənlər arasında Ukrayna vətəndaşları da var
Kiyev, 8 oktyabr, AZƏRTAC
İsraildə baş verən döyüşlər nəticəsində iki Ukrayna vətəndaşı həlak olub.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko bildirib.
"İsraildə iki ukraynalı qadının ölümü ilə bağlı məlumatı təsdiqləmişik. Hər iki vətəndaş ölkədə uzun müddət yaşayıb”, - deyə o qeyd edib.
Ukrayna XİN digər məlumatları dəqiqləşdirmək üçün “qaynar xətt” yaradıb.
Qeyd edək ki, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından hücumundan sonra həlak olan israillilərin sayı 600-ü ötüb, 2000-dən çox insan isə yaralanıb. Ölkədə “müharibə vəziyyəti” elan edilib və “Dəmir Qılınclar” əməliyyatına başlanılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.06.2024 [15:29]
105 yaşlı qadın Stanford Universitetinin magistr diplomunu alıb
- 20.06.2024 [15:18]
Yunanıstan Afinada elektrikli taksilərin sayını on dəfə artırmağı hədəfləyir
- 20.06.2024 [15:15]
Qazaxıstanda teleproqramların yerli dildə yayımı 60 faizə çatdırılacaq
- 20.06.2024 [14:59]
Aİ-nin Rusiyaya qarşı 14-cü sanksiyalar paketi razılaşdırılıb
- 20.06.2024 [14:47]
Türkiyə Prezidenti gələn ay dörd ölkəyə səfər edəcək
- 20.06.2024 [14:42]
“Business Standard”: Bu il 4,3 min nəfər milyonçu Hindistanı tərk edə bilər
- 20.06.2024 [14:39]
İyunun sonunda Ursula Fon der Lyayenin taleyi həll olunacaq
- 20.06.2024 [14:36]