Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsrailin “Vızovı vremeni” saytı: Azərbaycan düzgün, tarazlaşdırılmış və çoxvektorlu xarici siyasət yürüdür

İsrailin “Vızovı vremeni” saytı: Azərbaycan düzgün, tarazlaşdırılmış və çoxvektorlu xarici siyasət yürüdür

Bakı,11 iyun, AZƏRTAC

Son vaxtlar Cənubi Qafqazda baş verən hadisələrə nəzər salsaq bir tərəfdən, Azərbaycan Respublikasının rolunun və nüfuzunun get-gedə artdığını, digər tərəfdən, Cənubi Qafqazın şəksiz lideri və regionun inkişafının lokomotivi olan bu ölkə ilə dünyanın aparıcı dövlətlərinin münasibətlərində mülayimləşmə meyillərini görmək olar.

AZƏRTAC xəbər verir ki, israilli ekspert Mila Abramoviç bu fikirləri İsrailin “Vızovı vremeni” informasiya-analitik saytında dərc edilmiş eksklüziv materialda söyləyib.

Ekspert vurğulayır ki, dünya dövlətləri iyerarxiyasında layiqli yer tutan Azərbaycan sərbəst və müstəqil xarici siyasət yürüdür. Mila Abramoviç yazır: “Azərbaycan iqtisadi cəhətdən real müstəqilliyə malikdir və öz ərazisində başqa dövlətlərin hərbi bazalarının yerləşdirilməsinə icazə vermir. Son illərdə çoxsaylı qlobal beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan bu tədbirləri ən yüksək səviyyədə keçirir”.

Artıq xəbər verildiyi kimi, 2016-cı il iyunun 1-4-də Azərbaycanın paytaxtı Bakıda XXIII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransı keçirilib. Regionda neft və qaz sənayesi sahəsində mühüm tədbir olan bu sərgi-konfrans həm də məşhur beynəlxalq platformadır. Belçika, Çin, İspaniya, İtaliya, Qazaxıstan, Niderland Krallığı, Polşa, Portuqaliya və başqa ölkələri təmsil edən 200-dən çox şirkət həmin sərgidə neft hasilatı və enerji daşıyıcılarının nəql edilməsi sahəsində innovasiyalı texnologiyalarını nümayiş etdirib. Sərgi çərçivəsində keçirilən ənənəvi beynəlxalq Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında dünyanın 30-dan çox ölkəsinin 400-ə yaxın nümayəndəsi iştirak edirdi.

Sərginin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, neft-qaz sahəsində də uğurlu yol keçib, öz qarşısına qoyduğu bütün vəzifələri yerinə yetirib. “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ilə bağlı bütün işlərin qrafik üzrə aparıldığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, artıq yeddi ölkənin iştirak etdiyi bu dəhliz Bakıdan İtaliya sahillərinə qədər uzanacaq. Bu, iqtisadi layihə və təhlükəsizlik layihəsidir. Azərbaycanda qaz yataqlarının təsdiqlənmiş ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Yeni yataqların işlənməsi nəticəsində ölkədə qaz hasilatı daha da artacaq. Azərbaycan Prezidenti ölkənin enerji siyasətinin konturlarını xüsusi vurğulayaraq qeyd edib ki, bu siyasət regionda və daha geniş coğrafiyada əməkdaşlığın inkişafına və sabitliyin təmin olunmasına xidmət edir.

Sərginin açılış mərasimində ABŞ Prezidenti Barak Obamanın tədbir iştirakçılarına təbrik məktubu oxunub. Prezident Obamanın məktubunda qeyd edilib ki, Azərbaycan qlobal enerji təchizatında son dərəcə mühüm rol oynayır. Vurğulanıb ki, regional səviyyədə təchizatın şaxələndirilməsinin güclənməsi, bazarda rəqabət, habelə enerji təhlükəsizliyi kimi ümumi məqsədlərə nail olmaqda Bakı etibarlı tərəfdaşdır. Barak Obama qeyd edib ki, keçən il Azərbaycan və onun tərəfdaşları “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində böyük tarixi uğurlar qazanıblar. Azərbaycan ilə onun beynəlxalq tərəfdaşları arasında davamlı əməkdaşlıq bu mühüm layihənin başa çatdırılmasını təmin edəcək, ABŞ isə özünün beynəlxalq tərəfdaşları ilə birlikdə buna kömək etməyə hazırdır və “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini bir daha vurğulayır. Amerika dövlətinin başçısı Prezident İlham Əliyevin “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə yönəlmiş səylərini alqışlayır və Azərbaycanın potensialının tam reallaşdırılması üçün, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, investisiya şəraitinin təkmilləşdirilməsi, hesabatlılığın gücləndirilməsi və qanunun aliliyinin təmin edilməsi, nəhayət Azərbaycan xalqının həyat standartlarının yaxşılaşdırılması naminə atılan addımları dəstəkləyir. Barak Obama qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalır.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron təbrik məktubunda ölkəsi ilə Azərbaycan arasında davamlı və möhkəm ikitərəfli əlaqələri alqışladığını bildirib. Baş nazir D.Kemeron qeyd edib ki, Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. O, Avropa İttifaqının qaz bazarının şaxələndirilməsində və beləliklə, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində “Cənub Qaz Dəhlizi”nin mühüm rolunu vurğulayıb. Azərbaycan hökumətinin “Cənub Qaz Dəhlizi”nin inkişafına yönəlmiş səylərini yüksək qiymətləndirən Devid Kemeron mayın 17-də Transadriatik Boru Kəmərinin təməlqoyma mərasiminin “Cənub Qaz Dəhlizi”nin inşası işində növbəti mühüm hadisə adlandırıb.

Məqalədə daha sonra qeyd edilir ki, Azərbaycan bu il martın 30-dan aprelin 1-dək Vaşinqtonda keçirilmiş Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilib. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “Amerikanın səsi”nə müsahibəsində bildirib ki, Prezident İlham Əliyevin ABŞ-a səfəri çox uğurlu olub. Onun sözlərinə görə, həm dövlət katibi Con Kerri, həm də vitse-prezident Co Bayden son zamanlar Azərbaycanın atdığı addımları alqışladıqlarını və bəyəndiklərini qeyd ediblər. Səfir sammit çərçivəsində aparılan danışıqları iki dövlətin qarşılıqlı münasibətlərində “dönüş nöqtəsi” kimi səciyyələndirib.

Səfir deyib: “Bu, mühüm dönüş nöqtəsi, mühüm mərhələdir, tərəflər indiyə qədər atılmış addımlara yenidən nəzər salır, onları təhlil edir, gələcəkdə atıla biləcək addımları müzakirə edirlər”.

Sekuta müsahibəsində onu qeyd edib ki, Azərbaycan terrorizmə qarşı mübarizədə mühüm addımlar atır, bu istiqamətdə böyük səy göstərir. Diplomatın sözlərinə görə, Azərbaycan nüvə materiallarının fiziki qorunması barədə Konvensiyanı ratifikasiya etməklə mühüm addım atıb. Bu, həmin sənədin qüvvəyə minməsi üçün zəruri sayda ölkə toplanmasına imkan verib.

Diplomat deyib: “Bu yaxınlarda Vaşinqtonda keçirilmiş Nüvə Təhlükəsizliyi Sammitində müzakirə edilən mühüm məsələlərdən biri terroristlərin nüvə materiallarını ələ keçirməsinə yol verilməməsi məsələsi idi. Azərbaycan Konvensiyanı ratifikasiya etməklə bu məsələyə də mühüm töhfə verib”.

İsrailin “Vızovı vremeni” informasiya-analitik saytında dərc edilmiş məqalənin müəllifi Ermənistan ilə Azərbaycanı müqayisə edərək göstərir ki, Ermənistanda baş verən bütün hadisələr Azərbaycanın gördüyü işlərin əksinə yönəlib. M.Abramoviç yazır: “Yerevanın onun sərəncamında atom silahı olması barədə gurultulu bəyanatları, “çirkli bomba” barədə eyhamları buna gətirib çıxarıb ki, belə bir təhlükənin həqiqətən mövcud olması barədə Avropada ciddi söhbətlər gedir. Üstəlik, Ermənistanın çox spesifik imicini də nəzərə almaq lazımdır: mütəxəssislər, o cümlədən avropalı mütəxəssislər Ermənistanın terrorla bağlı zəngin keçmişini və indiki tarixini çox yaşı bilirlər. Ermənilər yəhudilərin məhv edilməsində iştirak etmiş faşist və nasist Qaregin Njdeyə bu yaxınlarda Yerevanın mərkəzində heykəl qoymaqla bunu bir daha sübut etdilər.

İsrailin İzRus saytı yazır ki, Ümumisrail İkinci Dünya müharibəsi veteranları və nasizmə qarşı mübarizlər İttifaqının rəhbəri Avraam Qrinzaydın fikrincə, nasistlərin əlaltılarının hər hansı şəkildə qəhrəmanlar kimi qələmə verilməsi qəbuledilməz və iyrənc hərəkətdir. Qrinzayd vurğulayır: “Biz hətta Qələbənin yetmiş illiyində bəzi keçmiş SSRİ ölkələrindən xatirə medalları almaqdan imtina etdik, çünki həmin medallarla həm nasistlərə qarşı döyüşənləri, həm də faşistlərin tərəfində vuruşanları təltif edirdilər. Bu problemin heç bir müzakirəyə ehtiyacı yoxdur. Bu, yalnız pislənilməyə layiq olan kədərli anlaşılmazlıqdır”. Yerusəlim Dairə Veteranlar İttifaqının sədri Yuri Periç soruşur: “Faşistlərə kömək etmiş adama heykəl qoymaq olarmı? Mən erməni xalqını başa düşmürəm. Faşistpərəst element milli qəhrəman ola bilməz. Əgər o faşist koqortasına daxil olubsa və erməni SS legionu yaradıbsa, onu qəhrəman kimi qələmə vermək və ona heykəl qoymaq olarmı?! Bu, bütün əndazələri aşır. O, bizim nəzərimizdə, yerusəlimli veteranların nəzərində faşist, amma başqalarının nəzərində milli qəhrəmandır?! Axı faşistlər bütün dünyanın düşməni olub, bunu hamı bilir. Amma digər tərəfdən, faşistlərin əlaltısını milli qəhrəmana çevirir, ona heykəl qoyurlar... Doğrudanmı ermənilərin arasında faşistlərlə döyüşmüş, heykəl qoyulmağa layiq qəhrəmanlar yoxdur. Axı bu adam deyirdi: “Almaniya uğrunda həlak olan - Ermənistan uğrunda həlak olur”. Bizim üçün, yerusəlimi veteranlar üçün bu, qəbuledilməzdir. O, faşizmin qələbəsi uğrunda mübarizə aparıb və indi qəhrəman olub?! Bununla uşaqlara nə öyrədirlər?!”.

Mila Abramoviç yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev lap yaxın vaxtlarda, bu il mayın axırlarında Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının radioaktiv tullantılarından qanunsuz istifadə edildiyini bildirib. İlham Əliyev deyib: “Ermənistan parlamentinin rəsmi nümayəndələri, siyasətçilər aprel ayında bildiriblər ki, bu ölkənin nüvə silahı - “çirkli bombası” var. Beynəlxalq birlik buna reaksiya verməlidir. Ermənistan tərəfindən nüvə təhlükəsi dayandırılmalıdır”.

İsrailli ekspert qeyd edir ki, Ermənistan “çirkli bomba” hazırlanması ilə məşğul olduğu bir vaxtda Azərbaycan daha bir möhtəşəm tədbirə - Bakıda “Formula-1” Avropa Qran-prisi yarışlarına hazırlaşır. Bu tədbirin başlanmasına bir neçə gün qalır...

Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Almaniyaya səfər edib. KİV-lər, ekspertlər və analitiklər hələ bu səfərin yekunlarını təhlil edirlər. Aİ-nin lideri olan Almaniya həm də ATƏT-də sədrlik edən ölkədir. Xatırladaq ki, Almaniyanın sədrliyinə böyük ümidlər bəslənir, ATƏT-in Minsk qrupunun tərkibinə və onun həmsədr “üçlüyü”nə yenidən baxılacağını proqnozlaşdırırdılar. Azərbaycan Prezidenti İlham Əliyevin və AFR kansleri Angela Merkelin birgə mətbuat konfransında əsas mövzu məhz Ermənistan-Azərbaycan münaqişəsi məsələsi olub. Ən başlıcası, bu mətbuat konfransında vurğulandı ki, Azərbaycan diplomatiyaya üstünlük verir. Prezident İlham Əliyev sərt və dəqiq çıxış etdi. O, məlum “hüquq qovluğu”nu xatırlamağı və onu fəaliyyət üçün rəhbər tutmağı qeyd etdi.

İsrailli ekspert Mila Abramoviç yuxarıda deyilənləri yekunlaşdıraraq yazır: “Bütün bunlar bir daha təsdiq edir ki, son vaxtlar Azərbaycan dünyanın bir sıra aparıcı dövlətlərinin maraq obyektinə çevrilib”. Bakı düzgün, tarazlaşdırılmış və çoxvektorlu siyasət yürüdür. Bu siyasət sayəsində Qərbin aparıcı dövlətlərinin Azərbaycana münasibətlərində mülayimləşmə meylləri yaranıb və onlar Azərbaycanı dəstəkləməyə başlayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir YENİLƏNƏCƏK

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib