İstanbulda havanın temperaturu son 109 ilin rekordunu yeniləyib
İstanbul, 15 may, AZƏRTAC
İstanbulda 1912-2019-cu illərin ilk dörd ayları ilə müqayisədə havanın temperaturu orta hesabla 1,2-3,2 dərəcə artıb. May ayında isə temperatur son 109 ilin rekordunu təzələyərək 31,4 dərəcəyədək yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Hidrometeorologiya Agentliyindən bildirilib.
Mütəxəssislər tərəfindən bu, Türkiyə ərazisində Şimali Afrikadan gələn isti hava kütləsinin təsiri ilə izah edilir.
Xatırladaq ki, bu iki həftə ərzində ölkə ərazisində havanın temperaturunun 38 dərəcəyədək yüksəlməsi gözlənilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]