İSTEHLAKÇILARI MAARİFLƏNDİRƏN YADDAŞ KİTABÇASI ÇAP OLUNMUŞDUR
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Xaliq Məmmədov AZƏRTAC-a bildirmişdir ki, qurum tərəfindən istehlakçıların düzgün məlumatlandırılması üçün ”Malların alqı-satqısına dair yaddaş kitabçası” çap olunmuşdur.
Kitabçada məhsulların alınması və onlardan istifadə qaydaları, satışda olan məhsulların markalanmasına və etiketlənməsinə qoyulan tələblər və s. öz əksini tapmışdır.
İlkin mərhələdə 5 min nüsxə nəşr edilmiş yaddaş kitabçası istehlakçılara pulsuz paylanacaqdır. Gələcəkdə isə tirajın 100 minə çatdırılması nəzərdə tutulur.