İstiqlal Muzeyində “Sağalmayan yara” mövzusunda sərgi açılıb
Bakı, 18 yanvar, Zərəngiz Mansurova, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Fəridə Şəmsi tədbirin Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil edildiyini, hər il şəhidlərin unudulmaz xatirəsinin xalqımız tərəfindən yad olunduğunu bildirib.
Natiq ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verməsini və 20 Yanvarın - Ümumxalq Hüzn Günü kim elan olunduğunu xatırladıb.
Sonra sərgiyə baxış olub, muzeyə yeni daxil olmuş 20 Yanvar şəhidlərinin şəxsi əşyaları nümayiş edilib.
Tədbirdə 20 Yanvar şəhidlərinin ailə üzvləri o qanlı günlərin təəssüratlarını bölüşüblər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti və Musiqi sənəti” fakültəsinin tələbələrinin hazırladığı bədii hissə təqdim olundu.
Tədbirdə 20 Yanvar şəhidlərinin ailə üzvləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllim heyəti, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.