İsveç şahzadəsi Karl Filipp və onun xanımı Sofiya koronavirusa yoluxublar
Stokholm, 26 noyabr, AZƏRTAC
İsveç şahzadəsi Karl Filipp və onun xanımı Sofiya koronavirusa yoluxublar.
AZƏRTAC xəbər verir ki, kral ailəsinin dəftərxanası bu barədə öz internet saytında məlumat yayıb.
Saytda deyilir: “Şahzadədə və onun xanımında yüngül qrip simptomları müşahidə olunur, lakin hazırda onlar özlərini yaxşı hiss edirlər. Xəstəlik aşkar ediləndən dərhal sonra şahzadə, onun xanımı və uşaqları ev karantininə götürülüblər”.
Zəruri testlər keçirilənə qədər kral Karl XVI Qustav, kraliça Silviya, vəliəhd şahzadə xanım Viktoriya və onun əri şahzadə Daniel müşahidə altındadırlar.
Bildirilir ki, kral ailəsinin üzvləri sonuncu dəfə ötən həftənin cümə günü dəfn mərasimində görüşüblər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]