İsveçdə kriminal dünya ilə vidalaşmaq istəyənlərin sayı artıb
Stokholm, 5 fevral, Nərgiz Cəfərli, AZƏRTAC
Stokholmda cinayətkar dəstələrdən fərarilərin sayı kəskin artıb. Üç il ərzində onların sayı üç dəfə artıb və keçən il təqribən 300 nəfər təşkil edib.
AZƏRTAC son hesablamalara istinadla xəbər verir ki, İsveçdə 9 min nəfər cinayət şəbəkələrinin iştirakçısıdır, 30 min nəfərin cinayət mühiti ilə əlaqəsi vardır. Təkcə paytaxt Stokholmda 50-yə yaxın mütəşəkkil dəstə fəaliyyət göstərir.
Polis məmuru Krister Tessmanın sözlərinə görə, kriminal dünyanı tərk edənlər kömək üçün onlara müraciət edirlər: “Artıq kriminal həyat tərzi sürə bilmirlər, onlar üçün hər zaman geriyə baxaraq yaşamaq çətindir. Onlarla vaxtında işləmək çox vacibdir. Lakin təəssüf ki, heç də hər kəs dəstədən çıxmağa nail ola bilmir. Bu günə qədər qaçaqların təxminən 30 faizi işləyir və oxuyur. Bir il əvvəl bu göstərici təxminən 25 faiz təşkil edib”.
İsveçdə son illərdə kriminal dünyadan qaçanların fəaliyyətinə daha çox diqqət yetirilir. Koordinasiya Stokholmda regional səviyyədə aparılır. Potensial fərari hesab edilən şəxslə təmasda olan polis əvvəlcə risk və təhlükəsizliyi qiymətləndirir. Təhlükə səviyyəsi aşağı olan insanlarla yerli polis məşğul olur. Təhlükə səviyyəsi yüksək olduğu hallarda xüsusi tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
- 24.09.2026 [05:19]
Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:19]
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib
- 23.09.2026 [22:01]