Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsveçrə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini artıracaq

İsveçrə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini artıracaq

Bakı, 17 noyabr, AZƏRTAC 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov noyabrın 17-də İsveçrə Konfederasiyasının Azərbaycanda yeni təyin olunmuş səfiri Filip Ştalder ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tanışlıq məqsədilə keçirilən görüşdə səfiri bu təyinatı münasibətilə təbrik edən Əli Həsənov ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Baş nazirin müavini bu təyinatın Azərbaycan ilə İsveçrə arasında, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə əlaqələrin inkişafında mühüm önəm daşıyacağına əminliyini ifadə edib. Ölkələrimizin mövcud ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayan Baş nazirin müavini qarşıdakı illərdə əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. Siyasi, mədəni, humanitar, iqtisadi sahədə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu sahələrində də yaxşı nəticələrin əldə olunması ölkələrimiz arasında mövcud hərtərəfli əməkdaşlığın göstəricisi kimi dəyərləndirilib.

Əli Həsənov səfirə Azərbaycan həqiqətləri, ölkəmizdə gedən inkişaf prosesləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Münaqişənin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran Əli Həsənov dünya birliyinin, güclü dövlətlərin işğalçı Ermənistana təsir və təzyiq imkanlarından istifadə etməməsindən, haqqın, ədalətin bərpasına göz yummasından təəssüfləndiyini, bütün bunlardan isə 1 milyon 200 min soydaşımızın əziyyət çəkdiyini bildirib. Qeyd edilib ki, havadarlarının köməyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan milli mədəni sərvətlərimizi talan edib, bütün infrastruktur dağıdılıb. Ermənistan BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymur. ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində danışıqları heç bir nəticə verməyib. Münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupunda təmsil olunan aparıcı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü təmin etməli, regionda sülhün, ədalətin bərpa olunmasına nail olmalıdırlar. Çünki bu münaqişə təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütün dünya üçün təhlükədir.

Azərbaycan beynəlxalq aləmdə ikili standartlarla, ədalətsizliklərlə üzləşdiyini söyləyən Əli Həsənov bunun qəbuledilməz olduğunu bildirərək deyib: “Bizə deyirlər ki, xalqlar arasında etimad yaradılmalıdır. Biz ermənilərlə 200 il bir yerdə yaşamışıq. Əgər etimad olmasaydı, 200 il bir yerdə necə yaşaya bilərdik?”.

Baş nazirin müavini diqqətə çatdırıb ki, 30 il bundan qabaq dünyada qaçqın və məcburi köçkünlərin sayı 35 milyon idi. Bu gün isə onların sayı 60 milyonu keçib və 70 ölkəni əhatə edir. Münaqişələrin heç biri həllini tapmır. Çünki böyük dövlətlər bu problemləri həll etmək istəmirlər, səbəbini də demirlər.

Bu gün dünyada münaqişələrin heç birinin həll edilməməsinə toxunan Baş nazirin müavini deyib: “Son 20-30 ildə dünyada hansı problem həll olunub? İraqda, Əfqanıstanda, Liviyada, Misirdə guya özlərinin dedikləri kimi diktatura rejimini dəyişdilər. Bu ölkələrdə vəziyyət xalqın xeyrinəmi dəyişdi? Hər gün yüzlərlə insan ölür. Bizə isə demokratiya, insan hüquqlarının qorunması dərsi keçmək istəyirlər. Azərbaycanın 1 milyon 200 min insanı 22 ildir ki, qaçqın, köçkün vəziyyətindədir. Onların günahı nədir?”

Əli Həsənov diqqətə çatdırıb ki, bu günlərdə qardaş Türkiyədə keçirilən “Böyük İyirmiliyin” (G20) Antalya Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın dəvət edilməsindən, dövlətimizin başçısının çıxış edərək ölkəmizin haqlı mövqeyinin dünyaya çatdırılmasından qürur duyuruq. Bu ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasını sübut edən daha bir amildir. Bu, həm də dünya miqyasında Azərbaycana verilən önəmin növbəti nümunəsidir.

Baş nazirin müavini bildirib: “Böyük İyirmiliyin” Antalya Sammitində dövlətlər qərara gəldilər ki, terrora qarşı birgə mübarizə aparmalıdırlar. Bəs indiyə qədər bunları bilmirdilər? Bu münaqişələri kimlər yaradır? Münaqişə öz-özünə yaranmır. Bu münaqişələri böyük dövlətlər yaradır. Dünyanın böyük ölkələri iqtisadi, siyasi maraqlarını, coğrafi mövqelərini, regionlardakı təsir dairələrini genişləndirmək üçün bu münaqişələri yaradırlar. Bu, həmişə belə olub, indi də belədir. Bu münaqişəni yaradanlar özləri indi onunla qarşılaşırlar”.

Əli Həsənov qeyd edib ki, təcavüzkar Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla heç nəyə nail olmayıb. Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb. Ötən illərdə erməni xalqı münaqişədən heç nə qazanmayıb, əksinə çox şey itirib. Azərbaycan isə müstəqilliyini bərpa edəndən sonra demokratik, hüquqi dövlət qurub.

Bu gün Azərbaycan dünya üçün açıq, tolerant bir ölkədir. Burada bütün millətlərin, dinlərin nümayəndələri əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayırlar, onların öz ibadət yerləri var. Bakıda kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Son on ildə ölkəmizdə iki dəfə dinlərarası beynəlxalq konfrans keçirilib. Bu tədbirlərdə 160-dək ölkənin dini rəhbərləri iştirak ediblər. Ərazilərimizin işğal olunmasına baxmayaraq, Azərbaycan MDB məkanında ən sabit, təhlükəsiz ölkədir.

Baş nazirin müavini deyib: “Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm uğurlar qazanır. Artıq bir neçə ildir ki, Prezident İlham Əliyev beş strateji vəzifə müəyyənləşdirib: yoxsulluğun həddinin minimuma endirilməsi - bu rəqəm artıq 5 faiz həddindədir. Bu vəzifələr arasında neft amilindən asılılığın azaldılması da var. Nəticələr də göz qabağındadır. BMT-nin hesabatlarında Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Diqqət mərkəzində olan digər vəzifələrdən biri də insan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılmasıdır. Hər bir strateji istiqamətdə dövlət proqramları var və uğurla icra olunur”.

Ölkəmizin MDB məkanında müstəqil siyasət yürütdüyünü deyən Əli Həsənov bildirib ki, ölkəmiz dünyada ən layiqli yerini tutub. Azərbaycan inkişaf tempinə görə BMT-nin göstəricilərində dünyada sürətlə inkişaf edən ölkələr sırasına daxil edilib. Azərbaycanda son on ildə 1 milyon 300 min yeni iş yeri yaradılıb. İnsanların normal yaşaması üçün hər cür şərait var. Məqsəd 2020-ci ilədək neftdən asılılıqdan qurtulmaq, yoxsulluğu tam aradan qaldırmaqdır. Bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir. Son on ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Artıq bizi neft-qaz ölkəsi kimi yox, qlobal layihələri reallaşdıran, bəşəri problemlərin həllinə yönəlmiş mühüm tədbirlərə ev sahibliyi edən bir ölkə kimi tanıyır və qəbul edirlər.

Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışıb. Baş nazirin müavini bildirib ki, münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün humanitar proqramlar da həyata keçirilir. İsveçrə Əməkdaşlıq Təşkilatının Azərbaycanda artıq 12 ildir fəaliyyət göstərdiyini qeyd edən Əli Həsənov vurğulayıb ki, bu müddətdə müxtəlif sahələri əhatə edən proqramlar həyata keçirilib. Bu proqramlar xüsusilə işğal altındakı ərazilərə yaxın rayonlarda və tam işğal olunmamış Ağdam və Füzuli rayonlarında reallaşdırılır. Azərbaycan Hökuməti təşkilatın azad və şəffaf fəaliyyət göstərməsi üçün hər cür şərait yaradıb.

Ətraflı məlumata görə minnətdarlığını bildirən isveçrəli diplomat Azərbaycan Hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri yüksək qiymətləndirib, ölkəmizdə baş verən inkişaf və tərəqqinin göz qabağında olduğunu diqqətə çatdırıb. Filip Ştalder vurğulayıb ki, ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaq.

Bakıda aparılan abadlıq işlərinin və şəhərin gözəlliyinin onda dərin təəssürat yaratdığını deyən diplomat Azərbaycanın nəinki İsveçrə, həmçinin bütün qitə üçün əhəmiyyətinin getdikcə artdığını qeyd edib. Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Filip Ştalder ölkəmizdəki diplomatik fəaliyyəti dövründə qarşılıqlı maraqlara xidmət edəcəyini, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH