İSVEÇRƏ KONFEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SAMUEL ŞMİDƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Konfederasiyanın yaranması günü münasibətilə Sizi və dost xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında yaranmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, bütün İsveçrə xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 iyul 2005-ci il.