İsveçrə məhkəməsi Gülnarə Kərimovaya qarşı cinayət işini dayandırıb
Bakı, 28 aprel, AZƏRTAC
İsveçrə Federal Cinayət Məhkəməsi Özbəkistanın mərhum prezidentinin qızı Gülnarə Kərimovaya qarşı korrupsiya və çirkli pulların yuyulması işini dayandırıb. Çünki onun ölkəsindən çıxmasına qadağa qoyulub və konfederasiyada işin müddəti bitmək üzrədir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat İsveçrə Radio və Televiziyasının (SRF) portalında yerləşdirilib. Məlumata görə, sədrlik edən hakim qərarını çərşənbə axşamı günü səhər saatlarında açıqlayıb. O, qərarını Kərimovanın “məhdudiyyət müddəti bitənədək ölkəsini tərk etmək hüququna malik olmadığı” ilə əsaslandırıb. Təqsirləndirilən şəxsin vəkilinin sözlərinə görə, Özbəkistan hakimiyyəti Gülnarə Kərimovanın məhkəmədə iştirak etmək üçün ölkədən çıxmasına mane olur.
Portal vurğulayır ki, müvafiq qərar şübhəlinin ədalət mühakiməsindən yayınacağı və cəzasız qalacağı anlamına gəlmir. Belə ki, Gülnarə Kərimova 2014-cü ildən Özbəkistanda həbs cəzası çəkir və 2028-ci ilədək azadlığa buraxılmayacaq. Onun cəzası İsveçrədə məhkum oluna biləcəyi istənilən həbs müddətindən daha uzundur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]