İsveçrə şose velosipedi üzrə dünya çempionatına ev sahibliyindən imtina edib
Bakı, 13 avqust, AZƏRTAC
İsveçrə sentyabrın 20-27-də Eql-Martinyi şəhərində keçirilməli olan şose velosipedi üzrə dünya çempionatına ev sahibliyindən imtina edib.
AZƏRTAC xəbər verir ki, buna hökumətin COVID-19 pandemiyası ilə əlaqədar kütləvi tədbirlərin təşkilinə qoyulan qadağanı sentyabrın 30-dək uzatması səbəb olub.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) yaydığı açıqlamada deyilir ki, qurum çempionatı qəbul etmək istəyən yeni ev sahibinin axtarışlarına başlayıb. Həmin ölkə Avropanı təmsil etməli və yarışı əvvəldən nəzərdə tutulduğu kimi, məhz sentyabrın 20-dən 27-dək keçirməlidir. UCI yeni ev sahibi ölkənin adının avqustun 31-dək açıqlanacağını bildirib.
Qeyd edək ki, dünya çempionatında müxtəlif yaş qrupları üzrə Azərbaycan yığma komandalarının da iştirakı nəzərdə tutulur. Bu məqsədlə velosipedçilərimiz Tovuz rayonunda təlim-məşq toplanışına başlayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]