İsveçrədə koronavirusa qarşı peyvənd olunmuş şəxslər özünütəcrid öhdəliyi daşımayacaq
Bern, 21 aprel, AZƏRTAC
İsveçrənin Federal Səhiyyə İdarəsi Peyvənd Məsələləri üzrə Federal Komissiya ilə koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarında dəyişiklik aparıblar.
AZƏRTAC xəbər verir ki, mRNA texnologiyası əsasında peyvənd olunmuş şəxslər peyvəndin ikinci komponentindən 14 gün sonra virusa yoluxmuş şəxslərlə təmasda olduqları halda özünütəcrid öhdəliyi daşımayacaqlar. Özünütəcrid öhdəliyindən azadolma müddəti hələlik altı ay üçün nəzərdə tutulur. Müddətin altı ay seçilməsi isə elmi tədqiqatlar əsasında peyvəndlərin mühafizə müddətinin azı altı ay olması barədə məlumatlara söykənir.
Komissiyanın üzvü Xristof Berqer bildirib ki, peyvəndlərin təsir müddəti barədə məlumatlar mütəmadi şəkildə izlənilir və əgər yaxın müddətdə təsir gücünün daha uzun müddət üçün keçərli olduğuna dair yeni tədqiqat nəticələri açıqlanarsa, o zaman özünütəcriddən azad edilmənin müddəti də müvafiq şəkildə uzadılacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]