Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun fəaliyyətinə həsr olunan konfrans keçirilib

Roma, 24 iyul, AZƏRTAC 

Ölkəmizin İtaliyadakı səfirliyinin və İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun birgə təşkilatçılığı ilə qrupun cari ildəki fəaliyyətinə həsr olunan ilk yarımillik konfransı keçirilib.

Konfransda İtaliya parlamentinin yuxarı palatasının üzvü, dostluq qrupunun rəhbəri Sercio Divina, səfir Vaqif Sadıqov, İtaliya-Azərbaycan Ticarət İnstitutunun rəhbəri xanım Manuela Traldi və İtaliyanın nüfuzlu KİV-ləri üçün ölkəmizlə bağlı xüsusi reportajlar hazırlamış fotojurnalist Françesko Neri məruzələrlə çıxış ediblər.

Senator S.Divina ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini bildirib, qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb. Azərbaycan ilə İtaliya arasındakı münasibətləri dostluq və tərəfdaşlıq əlaqələri kimi dəyərləndirən senator ölkəsinin ikitərəfli əməkdaşlığın bundan sonra da dərinləşdirilməsi əzmində olduğunu vurğulayıb. Senator TAP layihəsinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O, dostluq qrupunun gələcək illərdə də ölkələrimiz arasında siyasi, iqtisadi, mədəniyyət, humanitar, turizm və digər sahələrdə əlaqələrin inkişafı istiqamətində səylərini artıracağını deyib.

Səfir V.Sadıqov çıxışında Azərbaycanın Cənubi Qafqaz regionunda ən inkişaf etmiş ölkə olduğunu qeyd edərək onun tarixi, daxili və xarici siyasətinin prioritetləri, beynəlxalq və regional təşkilatlarda fəaliyyəti, uğurlu enerji siyasəti və irimiqyaslı layihələrin həyata keçirilməsi barədə məlumat verib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun hərtərəfli inkişafına mənfi təsirini qeyd edib. V.Sadıqov Azərbaycan ilə İtaliya arasında mövcud olan dostluq münasibətlərindən bəhs edərkən əlaqələrimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb. Diplomat Prezident İlham Əliyevin və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Milan Expo 2015” Ümumdünya sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak etmək üçün İtaliyaya işgüzar səfərini, bu səfər çərçivəsində dövlətimizin başçısının Romada Prezident Sercio Mattarella və Baş nazir Matteo Renzi ilə geniş tərkibdə görüşlərini, birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsini, 56-cı “Venesiya Biennalesi” - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilmiş Azərbaycan pavilyonunda sərgilərin rəsmi açılış mərasimini xatırladıb. V.Sadıqov ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirib və bu istiqamətdə qrupun üzvlərinə dəyərli fəaliyyətlərində yeni müvəffəqiyyətlər arzulayıb.

İnstitutun rəhbəri M.Traldi Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı kimi önəmini vurğulayan M.Traldi bütün sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Azərbaycanda mövcud olan yüksək tolerantlıq mühitindən və mədəniyyətlərarası əlaqələrdən bəhs edən fotojurnalist F.Neri ölkəmizdə bütün millətlərin, dinlərin nümayəndələrinə bərabər hüquqların verildiyini, onların sülh və dostluq şəraitində yaşadıqlarını deyib. O qeyd edib ki, Azərbaycanda etnik qrupların dəstəklənməsinə, onların dillərinin saxlanmasına və inkişafına kömək edəcək layihələr həyata keçirilir. Müxtəlif dinlərin və etnik qrupların nümayəndələri arasında qarşılıqlı anlaşmanın, birgəyaşayışın və dialoqun təmin olunması dünya ölkələrini münaqişəsiz gələcəyə apara bilər. Mədəni müxtəlifliyin qəbul edilmədiyi, fərqli dinlərin nümayəndələrinin adət-ənənələrinə, həyat tərzinə, əqidə və düşüncələrinə ehtiram bəslənilməyən cəmiyyətdə inkişafa nail olmaq mümkün deyil və məhz buna görə Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar yüksək qiymətləndirilməlidir. F.Neri Azərbaycanda səfərdə olduğu müddətdə çəkdiyi fotoları tədbir iştirakçılarına nümayiş etdirib.

Konfransın sonunda iştirakçılar ölkəmizlə bağlı nümayiş etdirilən videoçarxı maraqla izləyiblər.

Tədbirdə İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri, İtaliyanın hökumət nümayəndələri, təhsil ocaqlarının və aparıcı elmi-tədqiqat institutlarının, KİV-lərin təmsilçiləri iştirak ediblər.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: İran münaqişəsinin tənzimlənməsi Ukraynaya siyasi və iqtisadi divident gətirəcək

Baş Dövlət Yol Polisi İdarəsi çağırış edir: “Piyadalar, diqqətli olun!”

İndoneziya sahillərində güclü zəlzələ baş verib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi: İran nüvə öhdəliklərini yerinə yetirməyə bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

15 İyun - müstəqil hüquqi dövlət quruculuğu prosesinin başlanması tarixidir ŞƏRH

ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər

Vens: AEBA və ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək