İtaliya çempionatı: “Milan”, “Yuventus” və “Roma” növbəti qələbələrini qazanıblar
Bakı, 12 mart, AZƏRTAC
Martın 11-də futbol üzrə İtaliya A Seriyasında 27-ci turun növbəti oyunları baş tutub.
AZƏRTAC xəbər verir ki, turun bütün oyunları ötən həftə dünyasını dəyişən “Fiorentina” klubunun kapitanı Davide Astorinin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
“Roma” doğma meydanda “Torino”ya 3:0 hesabı ilə qalib gəlib.
“Milan” isə səfərdə “Cenoa”nı Andre Silvanın sonuncu dəqiqədə vurduğu qolla məğlub edib - 1:0.
“Yuventus” doğma meydanda “Udineze”nin qapısından iki cavabsız top keçirib - 2:0.
Turun mərkəzi oyunu isə "San Siro" stadionunda baş tutub. Milanın “İnter” klubu “San Siro” stadionunda çempionatın lideri “Napoli”ni qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda qapılara qol vurulmadı - 0:0.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Fiorentina” - “Benevento” -1:0.
“Bolonya” - “Atalanta” - 0:1.
“Kalyari” - “Latsio” - 2:2.
“Krotone” - “Sampdoriya” - 4:1.
“Sassuolo” - “Spal” - 1:1.
“Verona” - “Kyevo” - 1:0.