İtaliya gələcəyin superkompüterini qəbul edəcək
Roma, 15 iyun, AZƏRTAC
İtaliya yaxın zamanlarda gələcəyin superkompüterini qəbul edəcək.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu barədə İtaliyanın Təhsil və Elmi Araşdırmalar Nazirliyi məlumat yayıb. Bildirilir ki, Yüksəkeffektli Hesablama üzrə Avropa Komitəsinin (EuroHPC) seçiminə görə superkompüter İtaliyanın Bolonya şəhərində yerləşdiriləcək. Ölkənin təhsil və elmi araşdırmalar naziri Marko Bussetti deyib ki, superkompüter saniyədə inanılmaz sayda əməliyyatlar yerinə yetirə biləcək.
“Superkompüterin bizə həvalə edilməsi ölkəmiz üçün qürurvericidir. Bu, strateji təşəbbüsdür və inkişafın, innovasiyanın təkanverici qüvvəsi olacaq”, - deyə Marko Bussetti söyləyib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]