Cenk Tosun: Məhəllə futbolunun əvvəlki kimi olmaması gənc hücumçuların yetişməsinə təsir edir
Bakı, 2 iyul, AZƏRTAC
Məhəllə futbolunda qazanılan bacarıqlar futbolçu üçün çox vacibdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı Türkiyə millisinin sabiq futbolçusu Cenk Tosun deyib.
35 yaşlı hücumçu son illər həm Türkiyə, həm də Azərbaycan futbolunda yaxşı hücumçuların az yetişməsini bir neçə səbəblə əlaqələndirib: “İlk növbədə, aşağı yaş qruplarında hücumçuların inkişafına kifayət qədər diqqət ayrılmır. Gənc futbolçuların özlərini göstərməsi üçün lazımi qədər səbir nümayiş etdirilmir. Digər tərəfdən, əcnəbi hücumçularla rəqabət çox güclüdür. Məncə, məhəllə futbolunun əvvəlki kimi olmaması da öz təsirini göstərir. Bizim uşaqlığımız küçələrdə futbol oynamaqla keçib. Bu, futbolçu üçün çox vacibdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]