İtaliya ilə Britaniya müdafiə və miqrasiya sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar
Roma, 28 aprel, AZƏRTAC
İtaliya və Böyük Britaniya arasında müdafiə sahəsində və qanunsuz miqrasiya ilə mübarizədə birgə əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənəd Böyük Britaniyada rəsmi səfərdə olan İtaliyanın Baş naziri Ciorcia Meloni ilə bu ölkənin Baş naziri Rişi Sunak tərəfindən imzalanıb. Memorandum ikitərəfli əməkdaşlığın prioritet sahələrində birgə təşəbbüslərin artırılması məqsədi daşıyır.
Ciorcia Meloni sənədin İtaliya və Böyük Britaniya arasında münasibətlərin əla vəziyyətinin təcəssümü, eləcə də strateji dialoqun yeni səhifəsi kimi qiymətləndirib. O, insan alveri və qeyri-qanuni immiqrasiyaya qarşı mübarizə sahəsində hər iki hökumətin çox böyük işlər gördüyünü bildirib.
Rişi Sunak isə Birləşmiş Krallıq ilə İtaliyanın dəyərlərinin üst-üstə düşdüyünü, NATO müttəfiqləri olan London və Roma arasında sıx dostluq münasibətlərinin olduğunu deyib. Baş nazir hər iki ölkənin müdafiə sahəsində əməkdaşlıq əlaqələrini daha da gücləndirməkdə maraqlı olduğunu qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]